"Qalatasaray"ın futbolçusu anasının sözünə görə PSJ-yə keçməyib

"Qalatasaray"ın futbolçusu anasının sözünə görə PSJ-yə keçməyib"Qalatasaray"ın "Everton"dan icarəyə götürdüyü Henri Onyekuru maraqlı açıqlamalar verib.

Ictimaixeber.com xəbər verir ki, BBC-yə danışan nigeriyalı forvard 2017-ci ildə "Eupen"dən "Everton"a transfer olunmazdan əvvəl PSJ-yə keçmək üzə olduğunu, amma keçidin baş tutmadığını bildirib: "Cümə günü PSJ üçün tibbi müayinədən keçmişdim və bazar ertəsi başqa futbolçu ilə birlikdə müqavilə imzalayacaqdım. Amma transfer son anda alınmadı".

Onyekuru PSJ-dən istinasının səbəbini açıqlayıb: "Anamla danışdım. Hələ gənc olduğumu və təcrübə toplamaq üçün daha çox oynamağa ehtiyacımın olduğunu bildirdi. Mən də onun tövsiyyəsini nəzərə alaraq transferdən imtina etdim. Menecerimi çağırdım və PSJ-yə getməyəcəyimi bildirdim".

"Everton"u seçməsindən anasının böyük rolunun olduğunu bildirən Onyekuru "Everton" mənim inkişafım üçün daha yaxşı planlara sahib idi. Həm də PSJ-dən əvvəl "Everton"la danışığım olmuşdu. İşçi vizası almağımızın çətin olacağını bilirdik. Amma klubun "Anderlext"lə olan yaxşı münasibətləri sayəsində bunu da həll etdik" deyib.

Gələcəyi haqqında danışan 21 yaşlı hücumçu bunları deyib: "İndi sadəcə gözləyirəm. Premyer Liqada oynamaq uşaqlıq arzumdu. Uşaqlıqda həmişə Tyerri Anrini izləyir və ondan bəzi şeyləri öyrənməyə çalışırdım. İndi Premyer Liqada onun etdiklərini etmək istəyirəm".

Qeyd edək ki, "Everton" Onyekurunu 2017-ci ilin yayında Belçikanın "Eupen" klubundan 8 milyon avroya transfer edib. Hələ də İngiltərədə yaşamaq üçün işçi vizası olmayan gənc futbolçu 2017/18 mövsümündə "Anderlext"ə icayə verilib. Bu mövsüm isə o, icarə əsasında "Qalatasaray"da çıxış edir. İstanbul klubunun heyətində 37 rəsmi oyuna çıxan nigeriyalı 12 qol vurub və 3 məhsuldar ötürmə edib.