Dünyanın ən bahalı futbolçusunu gözləyən təhlükə

Dünyanın ən bahalı futbolçusunu gözləyən təhlükəPSJ-nin futbolçusu Neymarı ağır cəza gözləyir.

Ictimaixeber.com xəbər verir ki, buna səbəb onun Fransa Kubokunun "Renn"lə final oyununda azarkeşi vurması olub.

Neymar penalti seriyasında yenildikləri oyundan sonra mükafatlandırma mərasiminə yollankən onu tənqid edən bir azarkeşi yumruqla vurub. "L'Equipe" nəşrinin məlumatına görə, bu hərətək futbolçuya ağır başa gələ bilər. Belə ki, braziliyalı uluduzu 8 oyunluq cəza gözləyir. O, ən yaxşı halda 5 oyun cəza ala bilər.

Qeyd edək ki, "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olunan Neymar dünyanın ən bahalı futbolçusudu.