"Real" və "Barselona" arasında 80 milyonluq transfer savaşı

"Real" və "Barselona" arasında 80 milyonluq transfer savaşıKriştiano Ronaldonun gəlişindən sonra "Yuventus"da kölgədə qalan Paulo Dibala karyerasını İspaniyada davam etdirə bilər.

Ictimaixeber.com xəbər verir ki, argentinaı ulduzu "Real" və "Barselona" heyətinə qatmaq istəyir.

İtaliyanın yüksək tirajlı "Corriere dello Sport" qəzetinin məlumatına görə, artıq "Yuventus" da Dibalanı satış siyahısına salıb. Futbolçu özü də bu qərardan razı qalıb. Turin klubunun onun üçün 80 milyon avro tələb etdiyi bildirilir.

Qeyd edək ki, ötən mövsüm oynadığı 45 matçda 24 qol vuran və 5 məhsuldar ötürmə edən Dibalanın məhsuldarlığı bu mövsüm böyük ölçüdə aşağı düşüb. Belə ki, 25 yaşlı futbolçu 38 oyunda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.