Zinəddin Zidan Luka Modriçdən imtina etmək istəyir

Zinəddin Zidan Luka Modriçdən imtina etmək istəyirİspaniyanın “Real Madrid” futbol klubunun baş məşqçisi Zinəddin Zidan yarımmüdafiəçi Luka Modriçdən imtina etmək istəyir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, buna səbəb 33 yaşlı yarımmüdafiəçinin son günlərdə keçirdiyi qarşılaşmalarda zəif oyun nümayiş etdirməsidir. Fransalı mütəxəssis Madrid klubunun yarımmüdafiəçidən faydalana biləcəyinə şübhə ilə yanaşır.

Qeyd edək ki, yarımmüdafiəçi ilə klubun müqaviləsi 2020-ci ilin yayında başa çatır. Hazırda xorvatiyalı futbolçunun transfer dəyəri 25 milyon avrodur. Luka Modriç cari mövsümdə “Real Madrid”in heyətində keçirdiyi 44 oyunda dörd qol vurub və səkkiz məhsuldar ötürmə edib.