Qrizmann "Atletiko"dan gedir - RƏSMİ

Qrizmann "Atletiko"dan gedir - RƏSMİAntuan Qrizmannın "Atletiko”dan gedəcəyi dəqiqləşib.



Ictimaixeber.com-ın məlumatına görə, bu barədə klubun "tvitter” hesabında informasiya yerləşdirilib.


Bu gün rəhbərliklə və baş məşqçi Dieqo Simeone ilə görüşən forvard getmək fikrinə düşdüyünü gizlətməyib. "Hindular”la olan müqaviləsinin müddəti 2023-cü ildə bitəcək futbolçunun transfer dəyəri 120 milyon avrodur.


Qrizmann "Barselona” və PSJ-nin əsas transfer hədəfidir. Onunla "Bavariya” da yaxından maraqlanır.



Qeyd edək ki, 2014-cü ildən "Atletiko”da top qovan Fransa millisinin hücumçusu madridlilərin formasıyla çıxdığı 175 oyunda 94 qol vurub.