"Fənər" "Spartak"ın hücumçusunu 4 milyona alır

"Fənər" "Spartak"ın hücumçusunu 4 milyona alır"Fənərbaxça” çoxdan maraqlandığı Ze Luiş üçün hərəkətə keçib.





Ictimaixeber.com "Star”a istinadən xəbər verir ki, Moskva "Spartak”ının forvardı "Fənər”in başlıca transfer hədəfidi.


Mənbə İstanbul klubunun bu keçid üçün 4 milyon avro xərcləməyə hazır olduğunu, sözügedən transfer baş tutmayacağı halda isə "Atletiko”dan Nikola Kaliniçi almağa cəhd edəcəyini vurğulayıb.


Ze Luiş 2015-ci ildən "Spartak”da top qovur. Onun ruslarla olan müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq. Kabo-verdeli futbolçu Moskva təmsilçisində oynadığı müddətdə Rusiya çempionu olub, ölkə Superkubokunu başı üzərinə qaldırıb.