NBA-nın ən dəyərlisi adına namizədlər bəllidi

NBA-nın ən dəyərlisi adına namizədlər bəllidiMilli Basketbol Liqasında (NBA) 2018/2019 mövsümünün ən dəyərli basketbolçusu adına namizədlər açıqlanıb.





Ictimaixeber.com yarışın rəsmi saytına istinadən xəbər verir ki, bunlar "Miluoki Baks”ın lideri Yannis Adetokunbo, "Hyuston Rokerts”in müdafiəçisi Ceyms Harden və "Oklahoma-Siti Tander”in hücumçusu Pol Corcdur.


Qalib azarkeşlər arasında keçiriləcək sorğu ilə müəyyənləşəcək və iyunun 24-də açıqlanacaq.


Qeyd edək ki, Harden ötən mövsümün ən dəyərli oyunçusudur.