"Yuventus” Alleqrini istefaya göndərdi - RƏSMİ

"Yuventus” Alleqrini istefaya göndərdi - RƏSMİ"Yuventus” baş məşqçisi Massimiliano Alleqri ilə yolları ayırıb.

Bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Belə bir qərarın verilməsinin səbəbi açıqlanmayıb. İstefa ilə bağlı Alleqri və klubun Direktorlar Şurasının sədri Andrea Anyelli sabah mətbuat konfrası keçirəcək.

Xatırladaq ki, Alleqri 2014-cü ildən "Yuventus”u çalışdırıb. Onun rəhbərliyi altında turinlilər dalbadal 5 dəfə İtaliya çempionu, 4 dəfə İtaliya kuboku, 2 dəfə ölkə superkubokunun qalib olub.