Dadaşov Portuqaliyada "bürünc" qazandı

Dadaşov Portuqaliyada "bürünc" qazandıPortuqaliya Sequndasında 2018/19 mövsümünə yekun vurulub.

Ictimaixeber.com xəbər verir ki, Azərbaycan yığmasının üzvü Renat Dadaşovun çıxış etdiyi "Eştoril” son turda doğma meydanda "Famalikao” ilə qarşılaşıb.
Oyun Renat Dadaşovun komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Renat cəzalı olduğu üçün son turda iştirak etməyib. O, mövsüm ərzində 22 oyunda 4 qola imza atıb.

Qeyd edək ki, "Eştoril” mövsümü 54 xalla 18 komanda arasında 3-cü pillədə başa vurub.