“Real"ın kapitanı Çin klubuna keçir

sosial sebeke

“Real"ın kapitanı Çin klubuna keçir"Real"ın kapitanı Serxio Ramos karyerasını Çində davam etdirməyi planlaşdırır.

ictimaixeber.info AS nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bunun üçün Madrid təmsilçisinin prezidenti Florentino Pereslə görüşüb. İspaniyalı müdafiəçi müqaviləsinin ləğvini və Çin komandalarından birinə keçməyi istəyib.

Daha öncə təcrübəli oyunçunun "Kral Klubu”nda qalmaq istəmədiyi bildirilib. Onun Pereslə dava etdiyi iddia olunur.

Qeyd edək ki, Ramos 2005-ci ildən "Real"da çıxış edir. Onu "Liverpul" da transfer etmək istəyir.

SON XƏBƏRLƏR