Braziliya millisində kapitan dəyişikliyi olub.
ictimaixeber.info Braziliya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, PSJ-nin futbolçusu Neymar Braziliya kapitanlıqdan məhrum edilib. Baş məşqçi Titenin qərarı ilə Amerika Kubokunda kapitan sarğısını Dani Alveş daşıyacaq.
Qeyd edək ki, Neymar son aylarda intizamsız hərəkətləri ilə diqqət çəkir. 27 yaşlı futbolçu Fransa kubokunun finalından sonra azarkeşin üzünə zərbə endirib, Çempionlar Liqasında "Mançester Yunayted"lə cavab matçında isə hakimi təhqir edib. Bunlara görə o, ümumilikdə 6 oyunluq cəzalandırılıb.
Neymar kapitanlıqdan məhrum edildi
sosial sebeke

















