Meneceri təsdiqlədi: “Mirabdulla “Neftçi”dən gedir”

sosial sebeke

Meneceri təsdiqlədi: “Mirabdulla “Neftçi”dən gedir”Mirabdulla Abbasovun "Neftçi”dən ayrılacağı dəqiqləşib.

ictimaixeber.info xəbər verir ki, hazırda millinin düşərgəsində olan Abbasov Slovakiya və Macarıstanla oyunlardan sonra "ağ-qaralar”la müqaviləsini pozmaq üçün hərəkətə keçəcək.

Müqaviləyə əsasən Abbasov "Neftçi”dən ayrılmaq üçün kluba öz cibindən 100 min manat ödəyəcək. Məlumatı "Futbol+” qəzetinə açıqlamasında futbolçunun meneceri Tural Əsgərov da təsdiqləyib.

Sitat: "Mirabdullanın "Neftçi”ni tərk edəcəyi böyük ölçüdə dəqiqdi. Özü mənimlə söhbətində bunu açıq-aşkar bildirdi. Sansonenin kölgəsində qalmaqdansa, başqa komandada oynamaqda maraqlıdı. Abbasov 100 min manat ödəməklə sərbəst qala bilər. Həmin pulu öz cibindən ödəyəcək. Millinin oyunlarından sonra bu məsələyə qayıdacağıq”.

SON XƏBƏRLƏR