"Mançester Yunayted"dən 55 milyn avroluq transfer - RƏSMİ

sosial sebeke

"Mançester Yunayted"dən 55 milyn avroluq transfer - RƏSMİ"Mançester Yunayted" heyətinə yeni futbolçu qatıb.

ictimaixeber.info klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-şeytanlar" "Kristal Pelas"dan Aaron Van-Bissakla güclənib. 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

İngiltərə mətbuatı bu transferə görə "Mançester Yunayted"in "Kristal Pelas"a 55 milyon avro ödəyəcəyini yazıb.

Qeyd edək ki, Aaron Van-Bissakı "Kristal Pelas"ın yetirməsidi. O, 2018-ci ilin fevralın İngiltərə Premyer Liqasında debüt edib. Müdafiəçi 2018/19 mövsümündə 35 oyunda iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

SON XƏBƏRLƏR