"Çelsi" "Real"ın futbolçusunu 45 milyona transfer etdi

sosial sebeke

"Çelsi" "Real"ın futbolçusunu 45 milyona transfer etdi"Çelsi" müqavilə ilə "Real"a məxsus olan Mateo Kovaçiçin transfer hüququnu alıb.

ictimaixeber.info klubun saytına istinadən xəbər verir ki, ötən mövsüm London təmsilçisində icarə əsasında oynayan xorvat yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Britaniya mətbuatı "Çelsi"nin 25 yaşlı oyunçu üçün Madrid klubuna 45 milyon avro təzminat ödəyəcəyini yazıb.

Qeyd edək ki, Kovaçiç "Real"a 2015-ci ildə "İnter"dən 38 milyon avroya transfer olunub. O, ötən mövsüm "Çelsi"nin heyətində 51 matça çıxaraq 2 qolun ötürməsini verib.

SON XƏBƏRLƏR