“Harmony Hotel” komandası üstün olaraq 5-0 hesabı ilə qalib oldu.
İctimaixəbər.com xəbər verir ki, 13.09.2019-cı il tarixində Bakı İdman Zalında “Harmony Hotel” və “Star-Kargo”komandaları birinci liqa oyununda qarşılaşdı.
“Harmony Hotel” komandası üstün olaraq 5-0 hesabı ilə qalib oldu. Savalan Bağırov 3 qol, Böyükağa Quliyev və Əsgər Hümbətov qol vuraraq üstünlüyü əldə etdilər. Komandanın kapitanı Eşqin Tağıyev, qapısını toxunulmaz saxlayan Seymur Usanov idi.
Komandının direktoru Orxan Kazımov İctimaixəbər.com informasiya portalına öz müsahibəsində bildirdi:
-Komandamıza güclü və gənc futbolçular yığılıb. İlk oyunda özlərini yaxşı tərəfdən göstərdilər. Düzdü bütün qol imkanlarından istifadə etmədik, hesab böyükdə olar bilərdi. Gələcəkdə hədəfimiz ilk öncə əsas liqada (güclülər dəstəsində) çıxış etməkdir. İnşallah qismət olarsa hotelimizi çempionlar liqasında təmsil etməkdir. Komandamıza uğurlar arzulayıram.
Sizlərə sayıtımız vasitəsi ilə yarışın videosunu və müsahibələrimizi təqdim edirik.
Yeganə Telmanqızı
“İctimaixəbər.com”




















