Qadın güləşçimiz beşinci dəfə dünya çempionatının finalına çıxdı - YENİLƏNİB

sosial sebeke

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 50 kq çəki dərəcəsində dünya çempionatının finalına çıxıb.

İctimaixəbər.com xəbər verir ki, o, çinli rəqibinə 6:4 hesabı ilə qalib gələrək yenə həlledici görüşdə mübarizə aparmaq hüququ əldə edib.

Onun finaldakı rəqibi yerli idmançı olacaq. Stadnikin qazaxıstanlı Valentina İslamova ilə görüşü sabah keçiriləcək.

Qeyd edək ki, Mariya Stadnik artıq bir dəfə – 2009-cu ildə dünya çempionu olub. O bundan sonra üç dəfə dünya çempionatının finalında uduzub. Stadniki üç dəfə fərqli-fərqli yapon güləşçilər qızıl medaldan məhrum edib.

SON XƏBƏRLƏR