“Harmony Hotel” komandası üstün olaraq 13-1 hesabı ilə qalib oldu.
İctimaixəbər.com xəbər verir ki, 05.10.2019-cı il tarixində Olimpik Star İdman və Əyləncə Mərkəzinin Futzal zalında “Harmony Hotel” və “Çinar Cəbrayıl” komandaları birinci liqanın dördüncü tur oyununda qarşılaşdı.
“Harmony Hotel” komandası üstün olaraq 13-1 hesabı ilə qalib oldu. Beləki, Əsgər Hümbətov 4 qol, Vüsal İsayev 2 qol, EşqinTağıyev 2 qol, Təmraz Əmircanov 2 qol, Savalan Bağırov, Murad Məmmədzadə və Vüqar Rəhimov qol vuraraq böyük üstünlüyü əldə etdilər . Komandanın kapitanı Eşqin Tağıyev, qapısından 1qol keçirən qapıçı Ayxan Məmmədov idi.
Komandının direktoru Orxan Kazımov İctimaixəbər.com informasiya portalına öz müsahibəsində bildirdi:
-Komandamızda oynayan futbolçularımızın hamısı güclü oyunçulardı. Mən onlardan bu gün bu qələbəni gözləyirdim və bu gün bütün qol imkanlarından istifadə etdidilər. Onların hər biri potensioallı futbolçulardı. Bunun üçündə dayanmadan məşq edib və həmişədə qalibliyi əldə saxlamaq lazımdır. Şükürlər olsun turun son oyununda böyük hesablı qələbə qazanaraq turnir cədvəlində ücüncü pilləyə yüksəldik. Bizim əsas hədəfimiz əsas liqada (güclülər dəstəsində) çıxış edərək hotelimizi çempionlar liqasında təmsil etməkdir. Komandamıza bol-bol uğurlar arzulayıram.
Qələbə qollarının müəllifləri olan futbolçular yarışdan sonra mətbuat xidmətinə verdiyi müsahibədə bunları bildirdilər: -Bu gün yalnız qələbə əzmi ilə bu arenaya çıxdıq və hədəfimizdə böyük hesabla qarşı komandaya qalib olmaq idi. Biz hər birimiz gəncik, güclü və potendiallı futbolçuyuq. Məqsədimizdə qarşıdakı yarışların hər biridə bu günki oyundanda böyük hesablı qollar vuraraq dünya arenalarında oynamaqdır. Burdan Harmony Hoteli futbol komandasının direkoru Orxan müəllimə öz təşəkkürümüzü bildiririk. Bizə həmişə mənəvi dəstəklərini əsirgəmirlər.
Sizlərə sayıtımız vasitəsi ilə yarışın videosunu və müsahibələrimizi təqdim edirik.
Yeganə Telmanqızı
“İctimaixəbər.com”



















