11 yaşlı Sumqayıtlı idmançı dünya kubokunda 2-ci yeri qazandı

sosial sebeke

24-29 sentyabr tarixində Rusiyanın Anapa şəhərində keçirilən Kikboksinq üzrə WAKO Dünya kubokunda Teyd Sumqayıt Kikboksinq klubunun 3 idmançısı da yığma komandanın tərkibində iştirak edib

11 yaşlı idmançımız Şahin Əfəndiyev iştirak etdiyi üç döyüşün ikisində Rusiyalı rəqiblərinə qalib gələrək finala vəsiqə qazanıb və finalda Rusiya idmançısına xal hesabı ilə məğlub olaraq Dünya kubokunun 2-cisi, Pərviz Əliyev isə 3-cüsü olmağa layiq görülüb.

Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev və AKF-nin vitse-prezidenti Güloğlan Cabbarov Dünya kubokundan uğurla qayıdan idmançılar və məşqçi Elnur Piriyevlə görüşərək onları təbrik edib, daha böyük nailiyyətlər arzulayıblar.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”

SON XƏBƏRLƏR