"Sabah" "Zirə" ilə heç-heçə etdi, "Keşlə"dən qələbə - YENİLƏNİB

sosial sebeke

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura start verilib.

ictimaixeber.info qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. "Keşlə" doğma meydanda "Qəbələ" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Digər görüşdə isə "Sabah" "Zirə"ni qəbul edib. Görüş 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, turun digər matçları 27-28 oktyabr tarixlərində oynanılacaq.

26 oktyabr

18:00. "Sabah" - "Zirə" - 2:2
Qol: Nicat Süleymanov, 23 (0:1), Amadu Diallo, 28 (1:1), 44 (2:1), Nicat Süleymanov, 88 (2:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəhim Həsənov
"Bank Respublika Arena"

16:00. "Keşlə" - "Qəbələ"- 2:1
Qollar: Lorenzo Frutos, 1 (1:0), Sezar Meza Kolli, 42 (2:0), David Valkov, 58 (2:1)
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Etibar Həsənov
"ASCO Arena"

27 oktyabr (bazar)

17:30. "Sumqayıt" - "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
"Kapital Bank Arena"

28 oktyabr (bazar ertəsi)

19:00. "Qarabağ" - "Səbail"
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Vüqar Həsənli
Tofiq Bəhramov adına Respublika Stadionu

SON XƏBƏRLƏR