Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz Zelim Kotsoyev finala yüksəlib.
İctimaixəbər.com xəbər verir ki, turnirdə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Z.Kotsoyev bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. İdmançımız qızıl medal uğrunda görüşdə koreyalı Guham Cho ilə gücünü sınayacaq.
Qeyd edək ki, “Böyük dəbilqə” turnirinə oktyabrın 26-da yekun vurulacaq.
Cüdoçumuz “Böyük dəbilqə”də finala yüksəldi
sosial sebeke

















