28 oktyabr - Dünya Cüdo günüdür

sosial sebeke

İdman cəmiyyət üçün ən vacib sahədir.
28 oktyabr - Dünya Cüdo günüdür. Bu bayramda sayıt olaraq yaşadığım şəhərdə cüdo növündə fəaliyyət göstərən Şahanə Alməmmədovanın məşq keçdiyi zalın qonağı oldum. Sumqayıta qadınlar arasında ilk olaraq Avropa medalı gətirən və qadınlar arasında ilk idman ustası adına layıq görülən qadın idmançıdır. 2019-cı ilin fevral ayından məşq dərslərinə başlayan Şahanə xanımın yetişdirdiyi idmançı şagirdlərin bu kifayət qədər uğurları var. Beləki 27.10.2019-cı il tarixində Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş cüdo növü üzrə acıq turnirdə Züleyxa Həsənli, Solmaz Həşimova, Aytəkin Əzizəlizadə, Fatimə Qurbanova, Murad Balacayev şəhər çempionu olaraq birinci yerin sahibi olmuşdular. Murad Balacayev həm də Respublika ikincisidir. Şahanə Alməmmədovanı tanıyaq: 1999-cı ildə Emin Mütəllimovun sinifində cüdo dərslərinə başlamışdır, sonra 3 qat Dünya çempionu Şahin Arzumanovun sinifində məşqlərə davam etmişdir. 2006-2011-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademyasının tək mübarizlik şöbəsinin cüdo fakültədində təhsil almışdır. 10 qat Azərbaycan çempionu, Avropa mükafatçısı, dəfələrlə Beynəlxalq turnirlərin qalibi və mükafatçısı, I Avropa oyunlarının iştirakçısı, Respublika dərəcəli hakimdir. Ailəlidir 1 qızı var.
Bizdə İctimaixəbər.com xəbər portalı olaraq Şahanə müəlliməyə can sağlığı, yetişdirdiyi idmançı şagirdlərin bol-bol uğurlarını və qalibiyyətlərini arzulayırıq.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”

28 oktyabr - Dünya Cüdo günüdür
28 oktyabr - Dünya Cüdo günüdür
28 oktyabr - Dünya Cüdo günüdür
28 oktyabr - Dünya Cüdo günüdür
28 oktyabr - Dünya Cüdo günüdür

SON XƏBƏRLƏR