"Ağ Canavar" dördüncü dəfə dünya çempionu oldu

sosial sebeke

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən kikboksinq üzrə dünya çempionatı başa çatıb.

İctimaixəbər.com xəbər verir ki, Ramal Aslanovun ardından “Ağ Canavar” ləqəbli Eduard Məmmədov (-63 kq) finalda italiyalı rəqibini məğlub edərək dünya çempionu olub.

Bu, Eduard Məmmədovun WAKO tərəfindən keçirilən dünya çempionatında dördüncü qızıl medalıdır. Eduardın WAKO tərəfindən keçirilən dünya çempionatında dörd gümüş və üç bürünc medalı da var.

Digər finalçılarımızdan Məhəmməd İmanov və Telman Məhərrəmov isə finalda uduzaraq gümüş medalla kifayətlənib. Nurlan Məmmədov, Emil Hümbətov, Anar Məmmədov, Asəf Aslanov və Fuad Haşimi isə bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan millisi vətənə doqquz medalla (iki qızıl, iki gümüş və beş bürünc) dönülər.

SON XƏBƏRLƏR