10-cu qol son dəqiqədə vuruldu.

Əsgər Hümbətov- 4 qol müəllifi.

İctimaixəbər.com xəbər verir ki, “Ajax Baku” komandası üstün olaraq 10-2 hesabı ilə qalib oldu. 05.11.2019-cı il tarixində keçirilmiş Birinci Liqada X tura yekun vuruldu. “Olimpik Star” İdman və Əyləncə Mərkəzinin Futzalında “Ajax Baku” komandası “Ulduz” komandaları qarşılaşdı və böyük hesabla qələbə qazandı.
“Ajax Baku” komandası üstün olaraq 10-2 hesabı ilə qalib oldu. Beləki, qələbə qolu vuran futbolçular Eşqın Tağıyev 2 qol, Əsgər Hümbətov 4 qol, Vüsal İsayev 2 qol, Təmraz Əmircanov 1 qol, Savalan Bağırov 1 qol vuraraq AjaxBaku komandasının hesabına qol yazdırdılar. Son turun son dəqiqəsinin 6-cı saniyəsində “Ajax Baku” komandasının hucumsu Savalan Bağırov 10-cu qolu vurdu.
Qapıçılar: Ayxan Məmmədov, Seymur Usanov idi. Komandanın kapitanı Eşqin Tağıyev, komandının direktoru Orxan Kazımovdur. Oyunun hakimləri: Ramil Namazov, Azad Hüseynov, İsgəndər Əliyev idilər.
Onuda xatırladaq ki, liderlər qrupunda yer alan AjaxBaku turnir cədvəlində 24 xalla üçünçü pillədədir.
Komandamıza bol-bol uğurlar və qalibiyyətlər arzulayıram.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”

10-cu qol son dəqiqədə vuruldu.
10-cu qol son dəqiqədə vuruldu.
10-cu qol son dəqiqədə vuruldu.