AjaxBaku futbol klubunun qapısı toxunulmaz qaldı.

5 qol müəllifi Əsgər Hümbətov -Mən heç bir komandanı özümüzə rəqib bilmirəm.
İctimaixəbər.com xəbər verir ki, 08.11.2019-cı il tarixində keçirilmiş günün son oyununda Birinci Liqada X tura yekun vuruldu. Olimpik Star İdman və Əyləncə Mərkəzinin Futzalında “Ajax Baku” komandası AZMİU komandaları qarşılaşdı və böyük hesabla qələbə qazandı.
“Ajax Baku” komandası üstün olaraq 8-0 hesabı ilə qalib oldu. Beləki, qələbə qolu vuran futbolçular komandanın iddialı və güclü hucumçusu Əsgər Hümbətov 5 qol və güclü hucumcularından biri Təmraz Əmuracanov 3 qol vuraraq komandanın hesabına 8 qol yazdırdılar. Qapısını toxunulmaz saxlayan qapıçı Ayxan Məmmədov idi. Komandanın kapitanı Vüsal İsayev, komandının direktoru Orxan Kazımovdur. Oyunun hakimləri: Azad Hüseynov, Ramiz Məhərrəmov, Vüsal Balaşov idilər. Komandının direktoru Orxan Kazımov İctimaixəbər.com xəbər portalına verdiyi müsahibəsində bildirdi:
-Komandamız günü-gündən böyük uğurlara imza atır. Bu günki oyun bir daha sübut etdi ki, komandamızda iddialı və güclü futbolcular cəmləşib. Hər birimizin bir arzusu var yalnız qələbəyə doğru! Qarşıda bizi gərgin yarışlar gözləyir və məndə inanıram ki, komandamız bu yarışlardan qalıb olaraq böyük uğurlara imza atacaqlar. Komandamıza bol-bol uğurlar və qalibiyyətlər arzulayıram. Onuda xatırladaq ki, liderlər qrupunda yer alan AjaxBaku turnir cədvəlində üçünçü pillədədir.
Sizlərə sayıtımız vasitəsi ilə yarışın videosunu və müsahibələrimizi təqdim edirik.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”

AjaxBaku futbol klubunun qapısı toxunulmaz qaldı.
AjaxBaku futbol klubunun qapısı toxunulmaz qaldı.
AjaxBaku futbol klubunun qapısı toxunulmaz qaldı.