“Bayraq Günü”nə həsr olunmuş “Vətən” kikboksinq klubunun açıq birinciliyi

“Vətən” kikboksinq klubunun açıq birinciliyi keçiriləcək.
“İctimaixeber.com” xəbər verir ki, 10.11.2019-cı il tarixində “9 Noyabr” Bayraq gününə həsr olunmuş Şağan Olimpia İdman Kompleksində Azərbaycan Kikboksinq Federasiyası, Xətai rayon Gənclər və İdman idarəsi, “Vətən” kikboksinq klubunun açıq birinciliyi keçiriləcək.
Açıq turnirdə ümumilikdə 30 komanda, qızlardan ibarət komandalar 300-ə qədər idmançı 6 yaş qrupu, müxtəlif cəki dərəcəsində idmançılar iştirak edəcək.
Yarış kikboksinq WAKO versiyası üzrə gənclər, yeniyetmələr arası lou-kik, kadetlər arasında isə kik-layt qaydalarına uyğun olaraq keçiriləcək.
Yarışın açılış mərasimi 10 noyabr saat 15:00-da olacaq.
Yarışın informasiya dəstəkçiləri: “İctimaixəbər.com”, informasiya portalı, Real TV, Xəzər TV, AZƏRTAC. Təşkilatı dəstək ARİVA CONSEPT, “Gloria Flowers” gül salonuna məxsusdur.
Yarışa hər kəs dəvətlidir.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”