“Vətən” kikboksinq idman klubunun açıq birinciliyi keçirildi- FOTO

Anar Heydərquliyev- Məqsədimiz idman tərkibini formalaşdıraraq Dünya, Avropa və Olimpia çempionatlarında Azərbaycan himnini səsləndirərək Azərbaycan bayrağını qaldırmaqdır.
“İctimaixeber.com” xəbər verir ki, 10.11.2019-cı il tarixində “9 Noyabr” Bayraq gününə həsr olunmuş Şağan Olimpia İdman Kompleksində Azərbaycan Kikboksinq Federasiyası, Xətai rayon Gənclər və İdman idarəsi, “Vətən” kikboksinq idman klubunun direktoru Anar Heydərquliyevin rəhbərliyi ilə açıq birincilik keçirildi. Yarışın açılış mərasimi Azərbaycan Dövlət himninin səslənməsi ilə açıq elan olundu. Yarışda bir sıra fəxri qonaqlar işrirak edirdi. Rəsmi hissədən sonra bədii hissəni məlahətli səsi olan müğəninin ifası ilə davam etdi.
Açıq turnirdə ümumilikdə 30 komanda, qızlardan ibarət komandalar 450-yə qədər idmançı, 6 yaş qrupu, müxtəlif cəki dərəcəsində idmançılar iştirak edirdi.
Yarış kikboksinq WAKO versiyası üzrə gənclər, yeniyetmələr arası lou-kik, kadetlər arasında isə kik-layt qaydalarına uyğun olaraq keçirildi.
•Vətən” kikboksinq klubunun direktoru və yarışın təşkilatçısı Anar Heydərquliyev “İctimaixəbər.com” xüsusi müxbirinə verdiyi müsahibəsində bunları bildirdi:
-Bu yarış bizim sayca 3-cü yarışımızdı və bu günki yarışımız “9 Noyabr” Bayraq gününə həsr olunub. Yarışı əsasən Azərbaycan Kikboksinq Federasiyasının və Xətai rayonu Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçiririk. Belə yarışların keçirilməsində əsas məqsədimiz ondan ibarətdir ki, gənclərdə və yeniyetmələrdə idmana olan marağı artırmaq, vətənpərvərlik ruhunu aşlamaq və ən əsasıda gəncləri narkomanya, pis vərdişlərdən uzaq etməkdir.
Anar müəllim yarışın rəhbəri və bir idmançı kimi yarışda iştirak edən idmançılar sizi qane edir?
-Bəli bir idmançı kimi məni qane edir. Bu gün yarışımızda kütləvilik artıb beləki, 1-ci yarışımızda 180, 2-ci yarışımızda 280, 3-cü yarışımızda isə artıq 450-yə yaxın idmançılar iştirak edir. İmişlidən, Goranboydan, Horadizdən idmançılar bu gün bu yarışa qatılıblar. “Vətən” klubunun direktoru kimi deyə bilərəm ki, “Vətən” kikboksinq idman klubu bir ilə yaxındır ki yaranıb, artıq iki filialı ilə fəaliyyət göstərir. Məqsədimiz idman tərkibini formalaşdıraraq Dünya, Avropa və Olimpia çempionatlarında Azərbaycan himnini səsləndirərək Azərbaycan bayrağını qaldırmaqdır.
AKF-nın idarə heyətinin üzvü, Vetranlar arasında Dünya çempionu Həsən Hüseynov yarış haqqında öz fikirlərini bizlə bölüşdü:
-Bu gün yarış Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin qoyduğu qayda ilə gedir. Cənab Adil Əliyevin tapşırığı budur ki, yarışlar artırılsın. Nə qədər yarışlar çox olsa dünya arenalarında idmançılar öz sözlərini deyə biləcəklər. Bu gün tək oğlanlar arasında yox, həmdə qızlar arasında da yarışlar gedir. Bu yarışı təşkil edən “Vətən” kikboksinq idman klubunun rəhbəri Anar Heydərquliyevə və Xətai rayonu Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayevə öz təşəkkürümü bildirirəm. Mən Vetranlar arasında Dünya çempionuyam və boyüməkdə olan idmançılara demək isdəyirəm ki, çempion idmançı olmaq isdəyirlərsə vaxtı-vaxtında idmanla məşğul olsunlar və gündəlik rejimlərinə fikir versinlər. Başqa ölkələrdə bayrağımızı qaldırıb, himnimizi səsləndirmək qürur verir insana hətdda o dəqiqələrdə istər-isdəməz kövrəlirsən, bu çox qürurverici bir hisslər olur. Bayraq günü münasibəti ilə bütün xalqımı, Yeganə xanım sizi və sayıtınızın bütün əməkdaşlarını ürəkdən təbrik edirəm.
Xətai rayonu Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Tural Əhmədov yarış haqqında bunları dedi:
-9 noyabr Respublikamızda “Bayraq günü” bayramı qeyd olunur. Bu bayram münasibəti ilə ölkəmizdə bir çox idman növlərində silsilə tədbirlər keçirilir. Bu yarışlardan biri də bu gün “Vətən” idman klubunun və Xətai rayonu Gənclər və İdman İdarəsinin birgə keçirtdiyi kikboksinq açıq birinciliyidir. Yarışda kifayət qədər idmançı iştirak edir. Xətai rayonu Gənclər və İdman İdarəsi olaraq bizdə yarışa əlimizdən gələn dəstəyi əsirgəmədik. Xətai rayonu Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev bu sahəyə diqqəti göz qabağındadır, bildirmək isdəyirəm ki, bu yarışın idmançılarına medal, diplom, kuboklar təltif olunmasında əlimizdən gələni etdik. Yarış əsl idman mübarizəsində və tam şəfaf keçir. Layıq olan insanlar qalib olarlar. Bu gün bu yarışda iştirak edən idmançılar gələcəyin Avropa və Dünya çempionlarıdır.
Yarışda I, II və III yerləri tutmuş idmançılar “Vətən” kikboksinq klubu və Xətai rayon Gənclər və İdman idarəsi tərəfindən 1-ci, 2-ci, 3-cü dərəcəli diplom, medal və kuboklarla təltif olundular. Açıq birincilikdə həmçinin fəxri qonaqlarda Fəxri Fərmanla təltif olundular.
Yarışın informasiya dəstəkçiləri: “İctimaixəbər.com”, informasiya portalı, Real TV, Xəzər TV, AZƏRTAC. Təşkilatı dəstək ARİVA CONSEPT, “Gloria Flowers” gül salonuna məxsusdur.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”

“Vətən” kikboksinq idman klubunun açıq birinciliyi keçirildi- FOTO
“Vətən” kikboksinq idman klubunun açıq birinciliyi keçirildi- FOTO
“Vətən” kikboksinq idman klubunun açıq birinciliyi keçirildi- FOTO
“Vətən” kikboksinq idman klubunun açıq birinciliyi keçirildi- FOTO
“Vətən” kikboksinq idman klubunun açıq birinciliyi keçirildi- FOTO
“Vətən” kikboksinq idman klubunun açıq birinciliyi keçirildi- FOTO
“Vətən” kikboksinq idman klubunun açıq birinciliyi keçirildi- FOTO
“Vətən” kikboksinq idman klubunun açıq birinciliyi keçirildi- FOTO
“Vətən” kikboksinq idman klubunun açıq birinciliyi keçirildi- FOTO
“Vətən” kikboksinq idman klubunun açıq birinciliyi keçirildi- FOTO
“Vətən” kikboksinq idman klubunun açıq birinciliyi keçirildi- FOTO
“Vətən” kikboksinq idman klubunun açıq birinciliyi keçirildi- FOTO

“Vətən” kikboksinq idman klubunun açıq birinciliyi keçirildi- FOTO