“TEYD” kikboksinq idman klubunun növbəti uğurları

“TEYD” kikboksinq idman klubu- 2 qızıl, 1 gümüş, 5 bürünc medala layiq görülüb.

“İctimaixeber.com” xəbər verir ki, 10.11.2019-cı il tarixində “9 Noyabr” Bayraq gününə həsr olunmuş açıq birincilik keçirildi.
Şağan Olimpia İdman Kompleksində Xətai rayon Gənclər və İdman idarəsi, “Vətən” kikboksinq idman klubu açıq birincilik keçirtdi. Məşqiçi müəllim 21 idmançıyla yarışa qatılan Elnur Piriyevin rəhbərlik etdiyi “TEYD” kikboksinq idman klubu ümumilikdə 8 medala layiq görüldü.
I yer- Viktoriya Sapunkova, Ayxan Rüstəmzadə.
II yer- Turan Hümbətov.
III yer- Əhməd Səfərli, Vilayət Mustafayev, Nurlan İsmayılov, Ömür Məmmədov, Hüseyn Quluzadə.
Bizdə “İctimaixəbər.com” informasiya portalı olaraq “TEYD” kikboksinq idman klubunun məşqçi müəllim Elnur Piriyevi və onun qalib idmançılarını təbrik edirik. Onlara bol-bol uğurlarlar arzulayırıq.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”
“TEYD” kikboksinq idman klubunun növbəti uğurları