Bəşir Mahmudov -Məqsədimiz hər yerdə birinci olub bütün xarici dövlətlərdə Azərbaycan bayrağını dalğalandıraraq himni səsləndirməkdir- FOTO

sosial sebeke

Lahiyəmizlə şəhid Mətləb Sədiyev adına karate idman klubunun qonağı olduq.
Əziz oxucu xəbər verdiyimiz kimi noyabr ayının 1,2,3-ü Makidonyanın Skopya şəhərində Karate Do Şotakan növü üzrə XI Avropa çempionatı keçirildi. Çempionatda iştirak edən Sumqayıt şəhər şəhid Mətləb Sədiyev adına karate idman klubunun nəticələri ilə də sizləri tanış etmişdik. “Böyüməkdə olan nəslin və yeniyetmələrin asudə vaxtlarının necə keçirilməsi” adında olan lahiyəmizlə bu gün Sumqayıt şəhərində “TERM” adlı idman kompleksində fəaliyyət göstərən şəhid Mətləb Sədiyev adına karate idman klubunun qonağıyıq. Idman klubu 1998- ci ildən fəaliyyət göstərir. Məşqıçı müəllim Bəşir Mahmudovu tanıyaq: Bəşir Mahmud oğlu Mahmudov 1983-ci ildə Ermənistan Respublikası Krasnoselsk rayonunun Caykənd kəndində dünyaya gəlmişdir. İlk təhsilini Sumqayıt şəhər 25 saylı orta məktəbdə alır. 1998-2002-ci illərdə Sumqayıt şəhəri Politexnik texnikomunun Yol hərəkəti təşkili və aparılmsı fakültəsinin yol polisi ixtisasını bitirirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olur. Sonra Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademyasında təhsil alır 2017-c ldə buranı bitirir. O, 1993-cü ildən 10 yaşından idmanla məşğuldur. 2013-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Azad Rəhimovun tərəfindən “Əməkdar məşqiçi” adına layıq görülüb. üçüncü Dan qara kəmər ustasıdır. Dəfələrlə Beynəlxalq turnirlərin, şəhər və Respublika çempionatlarının iştirakçısı və qalibi olub. 2001-2002-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra yəni 2002-ci ildən bu günə qədər məşqiçi müəllim kimi çalışır. Respublika dərəcəli hakimdir. İlk müəllimi Mahir Məhərrəmov olub, hal-hazırdada məşqiçi müəllimi ilə çiyin-çiyinə calışır və idman klubunun prezidenti Mahir Məhərrəmovdu. Klubun 100-120 idmançı şagirdi var. Onların içərisində Azərbaycan Respublikasının yığma komandasının I-II-III növlü idmançıları, Dünya, Avropa mükafatçıları, çempionları və qalibləri var. 10 nəfər birinci Dan qara kəmər, 10 nəfərdə qara kəmərə namizəddir. Yaxın günlərdə keçirilən XI Avropa çempionatında şəhid Mətləb Sədiyev adına karate idman klubunun idmançıları hər üç yer uğrunda mübarizə aparan idmançılarımız gözəl döyüş nümayiş etdirərək Vətənə 5 medalla dönmüşdülər: Rza Rzazadə, Nicat Əsədov - I yer, Əsəd İmanov, qızlar arasında Nəzrin Həbibova - II yer, Ülvi Quliyev -III yerə sahib oldular. Hər üç yer uğrunda mübarizə aparan idmançılarımız gözəl döyüş nümayiş etdirdilər.
Şəhid Mətləb Sədiyev adına karate idman klubunun məşqiçi müəllimi Bəşir Mahmudov İctimaixəbər.com informasiya xəbər portalına verdiyi müsahibəsində bunları bildirdi:
-Yeganə xanım zalımıza xoş gəlmisiz. Əsas amalımız odur ki, hər bir yarışa tam hazır olaq və hər zaman rəqiblərdən üstün olaq. Buna görədə daha çox məşq etməliyik. Çox məşq edən idmançı həmişə uğur qazanır və nəticələridə bol olur. İdman klubumuzda kasıb, imkansız ailələrinin övladlarına çalışdığımız qədər maddi tərəfdən kömək edirik ki, yarışlarda, çempionatlarda iştirak edib irəli addım atsınlar. Hər bir idmançının qazandığı uğur bizimdə uğurumuzdu. Məqsədimiz hər yerdə birinci olub bütün xarici dövlətlərdə Azərbaycan bayrağını dalğalandıraraq himni səsləndirməkdir. Azərbaycan həmişə fəxrli ölkələrdən olub bundan sonrada olacaqdı.
Şəhid Mətləb Sədiyev adına karate idman klubunun prezidenti Mahir Məhərrəmov öz dəyərli fikirlərini bizimlə bölüşdü:
-Yeganə xanım xoş gördük sizi. Çox aktul bir lahiyəniz var, bəli bu gün bizi maraqlandıran problemlərdən biridə böyüməkdə olan nəslin asudə vaxtlarının necə keçirməsidi. Biz Sumqayıt şəhər Gənclər və İdman idarəsi olaraq bu mövzu bizim üçündə çox aktualdı və həmişədə maraq dairəmuzdədi. İdmanla məşğul olan uşaqlar həm sağlam, həm də pis vərdişlərdən uzaq olurlar. Bu gün rəhbəri olduğum şəhid Mətləb Sədiyev adına karate idman klubunun idmançılarının kifayət qədər nəticələri var. Yenicə qayıtdığımız XI Avropa çempionatındakı uğurlarımız buna misaldı. Qarşıda bizi yeni-yeni yarışlar və uğurlar gözləyir. İdmançılara bol-bol qalibiyyətlər arzulayıram.
Bizdə “İctimaixəbər.com” informasiya portalı olaraq şəhid Mətləb Sədiyev adına karate idman klubunun prezidenti Mahir Məhərrəmov başda olmaqla məşqıçı müəllimlərinə və idmançı şagirdlərinə bol-bol qalibiyyətlər arzulayırıq. Dünya, Avropa və Olimpia çemponatlarında həmişə uğurlar qazanasız. Azərbaycanın qürurlu bayrağını dalğalandırıb himnin səsləndirəsiniz.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”

SON XƏBƏRLƏR