Sumqayıt karateçilərinin növbəti uğurları- FOTO

Sumqayıt yığma komandası 11 medal qazandı.

İctimaixəbər.com xəbər verir ki, noyabrın 22, 23, 24- də Bakı Əl Oyunları Sarayında 27-ci Respublika çempionatı keçirildi.
Yeniyetmələr və böyüklər arasında keçirilən yarışa Sumqayıt yığma komandası 30 idmançı ilə qatıldı. 1 qızıl, 1 gümüş, 9 bürünc- cəmi 11 medal qazanaraq növbəti dəfə uğur əldə etdilər.
Sumqayıt yığma komandasının baş məşqiçisi Bəşir Mahmudov İctimaixəbər.com sayıtıma verdiyi müsahibəsində yarışla bağlı öz fikirlərini bildirdi:
-Baş məşqiçi kimi onu deyə bilərəm ki, 27-ci Respublika çempionatında güclülər arasında çox ağır yarış keçirildi, buna baxmayaraq Sumqayıt karateçiləri 11 medalla yarışı başa vurdalar. Yarışı keçirtməkdə əsas məqsəd Azərbaycan yığma komandasının təyin olunması idi. Bizə böyük dəstək olan Sumqayıt WKF-nin sədri Akif Kərimova, həmişə Sumqayıt idmanına xüsusi diqqət ayıran Sumqayıt şəhər Gənclər və İdman idarəsinin rəisi Elgün Hümbətova, Sumqayıt şəhər Gənclər və İdman idarəsinin şöbə müdiri Rüfət Mahmudzadəyə öz təşəkkürümü bildirirəm. İdmaçılarımızı təbrik edirəm və nlara uğurlar arzulayıram.
Bizdə “İctimaixəbər.com” informasiya portalı olaraq Sumqayıt karateçilərini yeni uğurları münasibəti ilə ürəkdən təbrik edirik.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”