“Uraqan” ləqəbli Aynur Mikayılova - FOTO

20 yarış 31 qələbə 19 qızıl medal məğlubliyyətsiz.

Əziz oxucu yaxın günlərdə Abşeron rayonunun Saray qəsəbəsində fəaliyyət göstərən “Uraqan” kikboksinq idman klubunun qonağı idim. İdman klubunda diqqətimi ən çox cəlb edən 30-dan çox idmançı oğlan şagirdin içində bir qız oldu.“Uraqan” ləqəbli 13 yaşlı Aynur Mikayılovu sizdə tanıyın: Aynur Mikayılova 2006-cı ildə Abşeron rayonunun Saray qəsəbəsində ziyalı ailədə anadn olmuşdur. O hal-hazırda Saray qəsəbəsi 2 nömrəli tam orta məktəbin səkkizinci sinifində oxuyur. 1 il 6 aydı “Uraqan” kikboksinq idman klubunda Azərbaycanın fəxrli idmançısı Elnur Cəfərovun idmançı şagirdidi. Aynur 20 yarışda 31 qələbə qazanıb. O bu günə qədər yalnız birinci yerlərin yəni 9 qızıl medalın sahibidir. 2018-ci ildə Azərbaycan polisinin 100 illiyinə həsr olunmuş “Dinamo” cəmiyyətinin açıq birinciliyində 5 saniyəyə rəqibini nakalut edərək qalib oldu. Azərbaycan çempionudur, 25018-ci ildə “Baku Open” yarışında Bakı qalibi, 3 dəfə “Vətən” kikboksinq idman klubunun açıq birinciliyinin qalibi, Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş çox mübarizəli idman döyüş növləri üzrə açıq turnirin qalibi və kəmər mükafatçısı,.

“Uraqan” kikboksinq idman klubunun prezidenti və məşqıçı müəllimi Dünya və Avropa çempionu, Beynəlxalq turnirlərin qalibi, dəfələrələ Azərbaycan və Respublia çempionu, “Qara Dəniz” kubokunun sahibi, “Dünya Kuboku”nun mükafatçısı, 2 dəfə WASKO MMA üzrə Avropa çempionatının qızıl mükafatçısı, K-1 kəmərinin sahibi, Qran-pri almış idmançı, “İdman Ustası” fəxri adına layiq görülmüş Elnur Cəfərov Aynur haqqında öz fikirlərini bildirdi:

-Aynur Azərbaycan idmanının və kikboksinq ailəsinin fəxrli idmançılarından biridir. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti hörmətli millət vəkili Adil Əliyev Aynurə həmişə dəyər və qiymət verir. Aynur 1 il 6 ay məşqlərə başlamağına baxmayaraq bu az vaxt çərçivəsində böyük qalibiyyətlərə nail olub. 20 yarışda 31 qələbə 19 məğlubliyyətsiz qızıl medal əldə edib. Aynura ümüdlərim sonsuzdur, çünki o potensiallı idmançıdır. Onunla bu gündə, sabahda fəxr edə bilərəm, çünki bu qızın güclü texniki qabiliyyəti və taktikası var, fiziki cəhətdəndə cox cəlddir. Ən əsasıda öz üzərində dayanmadan işləyir. Yarışlarda rəqibi 5-10 saniyəyə nakalut edir. Ailəsi və mən Aynura hər zaman dəstəyik. İdmançı həm fiziki, həmdə psixaloji cəhətddən hazır olmalıdır. Məndə yetişdirdiyim idmançı şagirdlərimə həmişə bunları aşlayıram. Təhsil aldığı Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru Fikrət Balakişiyev Aynura hər zaman dəstək olub və bizdən heç zaman dəstəyini əsirgəmədiyinə görə “Uraqan” kikboksinq idman klubu olaraq Fikrət müəllimi Fəxri Fərmanlada təltif etmişik. Sizin sayıt vasitəsi iə Fikrət müəllimə bir daha öz təşəkkürümü bildirərəm.
İdmançı ilə həm söhbət olduğum zaman onun nə qədər idmana bağlı olduğunu və idmana böyük bir sevgisini hiss etdim.

“Uraqan” ləqəbli Aynur Mikayılovanın dedikləri:

-İdmana gəlmək mənim və valdeynlərimin arzusu idi. Uğurlu və tanınmış idmançı Elnur müəllim mənə kikboksiniqin sirlərini və çempionluğa gedən yolu öyrədir. Biz gündə üç dəfə məşq keçirik. Məşqiçim mənə həmişə deyir: “Rınqə çıxanda bir şeyi düşün, rəqəbim məndən güclü deyil...” Hər dəfə yarışlara çıxanda rəqibimlə görüşəndə müəllimimin sözlərini xatırlayıram. Elnur müəllim mənə yarış qabağı mütləq qalib olacağımı deyir. Bu günə qədər nə uğur əldə etmişəmsə Elnur müəllimə borcluyam. Məqsədim Azərbaycan kikboksinqini dünyaya tanıtmaqdır.
Bizdə İctimaixəbər.com informasiya portalı olaraq, “Uraqan” ləqəbli Aynur Mikayılovaya və onun məşqiçi müəllimi Elnur Cəfərova bol-bol uğurlar arzulayırıq. İnşallah Aynur Dünya, Avropa və Olimpia arenalarında Azərbaycanın qürurverici bayrağını dalğalandırıb, himnimizi səsləndirsin.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”

“Uraqan” ləqəbli Aynur Mikayılova - FOTO
“Uraqan” ləqəbli Aynur Mikayılova - FOTO
“Uraqan” ləqəbli Aynur Mikayılova - FOTO
“Uraqan” ləqəbli Aynur Mikayılova - FOTO
“Uraqan” ləqəbli Aynur Mikayılova - FOTO
“Uraqan” ləqəbli Aynur Mikayılova - FOTO
“Uraqan” ləqəbli Aynur Mikayılova - FOTO
“Uraqan” ləqəbli Aynur Mikayılova - FOTO
“Uraqan” ləqəbli Aynur Mikayılova - FOTO