Camal Məmmədov dünya çempionatında gümüş medala sahib oldu

Türkiyənin Antalya şəhərində WAKO (Dünya Kikboksinq Təşkilatları Assosiasiyası) tərəfindən keçirilən dünya çempionatında Camal Məmmədov növbəti qələbəsini qazanıb.

İctimaixəbər.com xəbər verir ki, bütün qarşılaşmalarda qalib gələn idmançı final döyüşündə 2:1 hesabı ilə uduzaraq gümüş medala sahib oldu.
Camal Məmmədov yarımfinal döyüşündə Avropa çempionu Rusiyalı idmançını məğlub edərək Finala yüksəlmişdi.
Xatırladaq ki, Camalın şəxsi məşqiçisi tanınmış idmançı , Əməkdar məşqiçi Natiq Qasımovdur.
Onu da bildirək ki, bu dünya çempionatında Azərbaycan 12 idmançı ilə təmsil olunur. Dünya çempionatı dekabrın 1-də başa çatacaq.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”