İdman gimnastikada başlanır- FOTO

Azərbaycanda sevilən idman növlərindən biri də gimnastikadı.

“Böyüməkdə olan nəslin və yeniyetmələrin asudə vaxtlarının necə keçirilməsi” adlı lahiyəmizlə Sumqayıt şəhər Paralimpiya İdman komleksində fəaliyyət göstərən 1nömrəli uşaq gənclər idman və şahmat Sumqayıt şəhər uşaq gimnastika məktəbinin qonağı oldum.
Məşqiçi müəllim Zaur Dadaşovla tanış olaq:
Zaur Qurban oğlu Dadaşov 1977-ci ildə Sumqayıt şəhərində ziyalı bir ailədə dünyaya gəlmişdir. Səkkiz yaşında ikən “İnşaatçılar” stadionunda Genadi Anatoliyevic Soladovun yanında məşqlərə başlayır, eyni zamanda güləş idman növü ilədə məşğul olmuşdur və 3 qat güləş üzrə respublika çempionu adını qazanmışdır. 1984-cü ildə Sumqayıt şəhər 9 saylı məktəbin birinci sinifinə daxil olur.Üç sinif burada təhsil aldıqdan sonra 1987-ci ildə gimnast müəllimi Genadi Anatoliyevic Soladovun məsləti ilə Respublika Olimpia İdman liseyində təhsilini davam etdirir. 1994-cü ildə liseyi bitirib Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tək mübarizlik şöbəsinin məşqiçi müəllim ixtisasına qəbul olur. 1998-ci ildə Akademyanı bitirir. 6 il Rusiya Fedarasiyanında rus sirkində gimnast kimi çalışır. 2002-2003-cü illərdə Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində hərbi xidmət keçirir. 2009-cu ilə qədər müxtəlif yerlərdə çalışmışdır və bu günə qədər kifayət qədər gimnast tələbələr yetişdirmişdir. Sumqayıt şəhərində idman gimnastika növündə şəhərin baş məşqiçisidir. 1987-ci ildə “İdman ustası” adına layiq görülüb. 1998-ci ildən ailəlidir. 5 övladı var: 3 qız, 2 oğlan. Qardaşı Dadaşov Seymur Qurban oğlu 1994-cü il 26 yanvarda Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə vuruşaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Zalın məşqıçı müəllim Zaur Dadaşov “İctimaixəbər.com” informasiya portalına öz müsahibəsində bildirdi:
-Müasir Azərbaycan gimnastikasında olan bu günkü nailiyyətləri ölkəmizin Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Uşaqların inkişafı üçün ilk idman gimnastikadan başlanılmalıdır. Çünki gimnastika ən çətin, ən şanlı və fiziki cəhətdən çox sağlam idman növüdür. Bu idman özündə bədəni formalaşır. Zalımızda gimnast şagirdlərlə xüsusi fiziki hazırlıqlar keçirilir. Onuda vurğulamaq isdəyirəm ki, hər uşaq gimnast ola bilməz.
Gimnastika zalımız 2012-ci ildən fəaliyyət göstərir və bu gün ümumilikdə 100-ə yaxın idmançı şagirdimiz var. Yaxın günlərdə Bakı klub yarışları, Bakı gimnastika məktəbinin açıq birinciliyi və 2020-ci ildə bizi Beynəlxalq yarışlar gözləyir.
1nömrəli uşaq gənclər idman və şahmat Sumqayıt şəhər uşaq gimnastika məktəbinin qalib idmançıları:
Hikmət Dadaşzadə - Kazan və region daxili yarışların qalibi və mükafatçısı.
Əhmədzadə Miryusif - Respublika çempionu, 3 qat Respublika mükafatçısı, dəfələrlə region yarışlarının qalibi.
Məmmədli Nasif – Respublika mükafatçısı, dəfələrlə region yarışlarının qalibi.
Bizdə “İctimaixəbər.com” informasiya portalı olaraq gimnastlarımıza və onların məşqiçi müəllimi Dadaşov Zaura bol-bol uğurlar, qalibiyyətlər arzulayırıq. Əziz gimnastlar həmişə Dünya, Avropa, Olimpia arenalarında Azərbaycanın qürurverici üç rəngli bayrağını dalğalandırıb, himnimizi səsləndirəsiniz..

Yeganə Telmanqızı
“İctimaixəbər.com”

İdman gimnastikada başlanır- FOTO
İdman gimnastikada başlanır- FOTO
İdman gimnastikada başlanır- FOTO
İdman gimnastikada başlanır- FOTO
İdman gimnastikada başlanır- FOTO
İdman gimnastikada başlanır- FOTO
İdman gimnastikada başlanır- FOTO
İdman gimnastikada başlanır- FOTO

İdman gimnastikada başlanır- FOTO
İdman gimnastikada başlanır- FOTO