“Qarabağ”ın Avroliqada son matçının hakimləri bilindi

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək “Qarabağ” – “Düdelanj” (Lüksemburq) oyunu üçün hakim təyinatları açıqlanıb.

İctimaixeber.com xəbər verir ki, matçın baş hakimi Estoniya Futbol Federasiyasından Kristo Tohver olacaq.

Ona həmyerliləri Silver Koiv və Sten Klaasen kömək edəcək. Dördüncü hakim funksiyasını Yuri Frişer yerinə yetirəcək.