Sumqayıt boksçuları - FOTO/VIDEO

Anar Baxışov -Boksçu rinqdə yaranmış vəziyyətdən düzgün istifadə etməlidir, tez düşünüb tez qərar verməlidir, bu halda artıq sən rəqibə qalibsən!

“İlin Trend İdmançı müxbiri” mükafatına layiq görüldüyüm gündən sonra ilk müsahibim məşqiçi müəllim, boksçu Anar Baxışov oldu. “Böyüməkdə olan nəslin və yeniyetmələrin asudə vaxtlarının necə keçirilməsi” adlı lahiyəmizlə 1 nömrəli Sumqayıt şəhər İOEUGİŞM- nin boks zalının qonağı oldum.
Anar Baxışovu tanıyaq:
Anar Adışirin oğlu Baxışov 1979-cu ildə Laçın rayonu Güləbir kəndində sadə və zəhmətkeş bir ailədə anadan olmuşdur. Altıncı sinifə kimi Güləbir tam orta məktəbdə təhsil alır. 1992-ci ildə mənfur düşmənlərimiz tərəfindən Laçın rayonu işgal olunduqdan sonra ailəsi ilə Sumqayıt şəhərinə köçür və orta təhsilini Sumqayıt şəhərində fəaliyyətini davam etdirən Güləbir tam orta məktəbdə davam edir. Elə həmin ildə “Polad” idman zalında boks növü üzrə məşqiçi müəllim Elşad Məmədovun sinifində məşqlərə başlayır. Quba Dövlət Sosial-İqtisadi Kollecinin idman, bədən-tərbiyə müəllimliyi fakultəsinə təhsil almışdır. Anar Baxışov dəfələrlə Respublika və Beynəlxalq yarışların mükafatçısı olub. 2008-ci ildən bu günə qədər Sumqayıt şəhəri üzrə Təhsil İdman Mərkəzinin boks növü üzrə məşqiçi müəllim kimi çalışır. 2014-ci ildə “Respublikanın Əmakdar məşqiçisi” fəxri ada layiq görülmüşdür. 2002-ci ildən ailəlidir 4 övladı var: 3 oğlan, 1 qız. Respublika dərəcəli hakimdir. Anar müəllim Azərbaycan yığma komandasına yetərincə boksçular yetişdirib.
Heydər Heydərov- İdman ustası, İrlandiya Respublikasında gənclər arasında keçirilən Avropa çempionatında gümüş mükafata sahib olan, dəfələrlə Respublika, Beynəlxalq turnirlərin qalibi, Müslüm Namazov 2019-cu ilin Respublika çempionu, Beynəlxalq yarışların iştirakçısı.
Anar müəllim çox maraqlı həmsöhbətim oldu. Məşqiçi müəllim idmançı şagirdlərə boksun sirlərini öyrətməklə bərabər idmançıya həm psixaloji və güc tərəfdən rinqdə rəqibindən necə üstün olmağı, yarışda qalibiyyəti necə əldə etməyidə öyrədir.
Anar Baxışovun maraqlı müsahibəsini sizə təqdim edirik:
–Ölkə başçımız , idmançıların dostu cənab İlham Əliyev idman və idmançılara xüsusi diqqətlə yanaşır. Bu gün idmana dövlət qayğısı var. Yeganə xanım onu da qeyd etməliyəm ki, Fuad müəllim rəhbəri olduğu idman məktəbində məşqiçi müəllimlərə və idmançı şagirdlərin məşqi üçün hər cür şərait yaratmışdır. Belə zallarda məşq keçən idmançı şagirdlər gələcəkdə Dünya və Olimpia arenalarında öz sözlərini deyəçəklər. Bu şəraitə görə Olimpia medalçısı, Əməkdar idman ustası, hər birimizin fəxri Fuad Aslanova öz dərin minnətdarlığımı bildirirəm. Yeri gəlmişkən yaxın günlərdə Fuad Aslanov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub. Bu münasibət ilə öz adımdan, bütün idmançılar adından onu təbrik edirəm və Fuad müəllimə yeni-yeni uğurlar arzulayıram. Mən 70-ə yaxın boksçu idmançı şagirdlə məşğul oluram və onların hər birinə məşqlə bərabər boksun nəzəriyyəsini, sirlərini öyrədirəm. İdmançı şagirdlərimin arasında gələcəyin böyük çempionları var: Sumqayıt çempionlarından Qızbəs İsgəndər, Nihad Balacanov, Amin Mürsəlov, Baxış Yusifli, Nihad Qasımov. Nurəli Gülməmmədov, Elcan İsgəndər, Nurlan Abışov, Seyidəzim Əhmədov güclü taktikalı və prespektivli idmançılardandı. Qarşıdan gələn 2020-ci ilin əvvəlində yeniyetmələrin çempionatına hazırlaşırıq, inanıram ki, bu çempionatda qaliblərimiz çox olacaq.
Mən həmişə idmançı şagirdlərimə tövsiyyə edirəm ki boksçu rinqdə yaranmış vəziyyətdən düzgün istifadə etməlidir, tez düşünüb tez qərar verməlidir, bu halda artıq sən rəqibə qalibsən! Uşaqların hər biri bizim gələçəyimizdir. İdman tərbiyə və pis vərdişlərdən uzaq deməkdir, idman sağlamlıq və ən yaxşı halda Vətənə sağlam əsgər yetişmək deməkdir. Hərbiçi əsgər hər zaman formada olmalıdır.
Bizdə “İctimaixəbər.com” informasiya portalı olaraq Sumqayıt boksunun fəxri Fuad Aslanov başda olmaqla məşqıçı müəllim Anar Baxışov və onun idmançı şagirdlərinə bol-bol qalibiyyətlər arzulayırıq. Dünya, Avropa və Olimpia çemponatlarında həmişə uğurlar qazanasız. Azərbaycanın qürurlu bayrağını dalğalandırıb himnin səsləndirəsiniz və daima yüksəklərdə olasınız.
Sizə Anar Baxışovun məşq zalından hazırladığımız video carxı təqdim edirik.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”

Sumqayıt boksçuları - FOTO/VIDEO
Sumqayıt boksçuları - FOTO/VIDEO
Sumqayıt boksçuları - FOTO/VIDEO
Sumqayıt boksçuları - FOTO/VIDEO
Sumqayıt boksçuları - FOTO/VIDEO
Sumqayıt boksçuları - FOTO/VIDEO
Sumqayıt boksçuları - FOTO/VIDEO
Sumqayıt boksçuları - FOTO/VIDEO
Sumqayıt boksçuları - FOTO/VIDEO
Sumqayıt boksçuları - FOTO/VIDEO

Sumqayıt boksçuları - FOTO/VIDEO