Rəqibimi düşünüb yıxıram- FOTO\VİDEO

İlk uğura 5 yaşında imza atan cüdoçumuz Kənan Rzazadə.

“Balaça çempionlar” lahiyəmizlə Sumqayıt şəhər Corat qəsəbəsində yaşayan cüdoçu Kənan Rzazadənin ailəsinin qonağı oldum.
Sizi balaça çempionla tanış etmək istəyirəm:
Kənan Fəzail oğlu Rzazadə 1 aprel 2012-ci ildə Sumqayıt şəhərində dünyaya gəlmişdir. Ailədə 3 oğlan övladı böyüyür: Məzahir, İsgəndər, Kənan. Kənan 2018-ci ildə Sumqayıt şəhər Corat qəsəbə 7 saylı tam orta məktəbin birinci sinifinə qəbul olub və hal-hazırda 2-ci sinifdə oxuyur. 2016-cı ildə Sumqayıt şəhər Olimpia İdman Kompleksində cüdo idman növü üzrə Toğrul Məmədov və İlham Məmmədovun rəhbərliyi altında məşqlərə başlayır. Məşqlərin on beşinci günündə Kənan artıq yarışa çıxır və 2-ci yerin qalibi olur. Bu qalibiyyət davamlı olur. Beləki o, mütamadə olaraq yarışlarda, açıq birinçiliklərin iştirakçısı olur, kuboklar və medallar qazanır.
2018-ci ildəki uğurları: 2 dəfə kiçik yaşlı və yeniyetmələr arasında Cüdo güləşi üzrə “Qarabağ” idman klubu və “Zenit” İdman Cəmiyyətinin yoldaşlıq görüşündə 2-ci yer, “Qarabağ” idman klubunun keçirtdiyi kiçik yaşlı və yeniyetmələr arasında cüdo güləşi üzrə yoldaşlıq görüşündə 1-ci yer, İdmançılar arasında “Binəqədi” peşəkar cüdo idman klubunun açıq birinciliyində 18 kq çəki dərəcəsində 2-ci yer.
2019-cu ildəki uğurları: “Əhmədli” İdman klubunun açıq birinciliyində 2012-2013-cü il təvəlüdlü cüdocular arasında 20 kq çəki dərəcəsində qızıl medal və kubokla, güləş üzrə yeniyetmələr arasında “Mətin” İdman klubunun açıq birinciliyində 18 kq çəki dərəcəsində 1-ci yer, Qaradağ rayonu Qobustan qəsəbəsində cüdo üzrə açıq birincilikdə 21 kq çəki dərəcəsində 2- ci yer, yeniyetmələr arasında keçirilən “9 Noyabr Bayraq günü”nə həsr olunmuş Pişağı-Kürdəxanı 2009-2011-ci il təvəlüdlü İdman kompleksində cüdo üzrə açıq birinciliyində 18 kq çəki dərəcəsində 1-ci yer və kubok.
Anası Vəsilə xanım Kənanın uğurları ilə fəxr edir:
- Yeganə xanım çox şadıq sizi evimizdə görməyə. Kənan uşaqlıqdan çox aktiv uşaq idi və onun idmana həvəsini hələ balaca yaşlarında görürdüm. 5 yaşında Sumqayıt şəhər Olimpia İdman Kompleksində Toğrul müəllimin yanına apardım və Kənan məşqlərə başladı. 15 gün məşqlərə başlamışdı yarışa çıxdı və 2-ci yerin qalibi oldu və demək olar ki, tez-tez yarışlara çıxdı bir-birinin ardınca qalibiyyətlər qazandı. Hazırda onunla Yengibar Əliyev və Pərviz Baratov məşğul olur. Hər iki müəllimə təşəkkürümü bildirirəm. Kənana ümüdlərim çox böyükdür və inanıram ki, Vətəninə, xalqına və dövlətinə xeyirli bir övlad olacaq, gələcəyin tanınmış çempionlarından biri olacaq, İnşallah xarıçı dövlətlərdə bayrağımızı dalğalndırıb, himnimizi səsləndirəcək.
Evlərində qonaq olarkən fəxri fərmanlar və diplomlar içərisində təhsil aldığı məktəbdən aldığı fəxri fərmanıda gözümdən qaçmadı. Kənan həmdə dərs əlaçısıdı.
Təhsil aldığı Sumqayıt şəhər Corat qəsəbə 7 saylı tam orta məktəbin direktoru Təranə Haqverdiyeva Kənan haqqında fikirlərini söylədi:
- Məktəbimizdə idman nailiyyətləri olan şagirdlərimiz çoxdur. Onların çoxuda Dünya, Avropa, Respublika və Beynəlxalq yarışların qalibləridir. Kənan məktəbin ictimai həyatında fəal və aktiv şagirddi, həm də dərs əlaçısıdır. Kənanın bu gün idman nailiyyətləridə kifayət qədərdi. Ona dərslərində uğurlar, idmanda bol-bol qalibiyyətlər arzulayıram.
Məktəbin 2 A sinifinin rəhbəri Xalidə Qasımova “İctimaixeber.com” informasiya portalına xüsusi müsahibəsi:
-Kənan sinifdə ən ağıllı və tərbiyəli uşaqlardan biridir həm də dərs əlaçısıdır. Müəllim sözünə diqqətlə qulaq asır, sinif yoldaşlarıyla mehriban rəftar edir, xoş ünsiyyətli bir uşaqdır, bütün tədbirlərdə iştirak edir. Çox sevindirici haldır ki, bu sinifdə neçə dəfə kubok və medallara sahib olan cüdocu çempion oxuyur. Kənanla fəxr edirəm ona daha da zirvələrdə olmağı arzulayıram. İnanıramki, Kənan bütün ölkələrdə Azərbaycanı layiqincə təmsil edəcək.
Sinifdə söhbət zaman sinif şagirdlərinin Kənan haqqında fikirləri çox müsbət idi. Hər biri onun uğurlarına sevinirlər və Kənanın gələcəkdə böyük idmançı olmağına inanırlar.
“Respublikanın Əməkdar məşqiçisi”, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülən, Sumqayıt şəhər cüdo üzrə baş məşqiçi Yengibar Əliyev Kənan haqqında öz fikirlərini söylədi:
-Kənan gələcəyin böyük idmançılarından biri olacaq, o qısa müddətdi bizim məşqləimizə gəlir və mən bu uşaqda böyük bir prespektivin olduğunu görürəm. Kənan getdikcə verilən proqramları, cüdo məşqlərini yaxından qəbul edir, işləyir. Ən əsasıda Kənanın təlim-tərbiyəsi, əxlaqı yüksək səviyyədədir.Yeganə xanım bilirsiz ki, idmanda əsas şərtlərdən biridə tərbiyədir. İdmançı məşqıçı müəliminin sözün vaxtlı-vaxtında yerinə yetirməlidir. Bütün bu kefiyyətləri mən Kənanda görürəm. İnanıram ki, o qarşısında qoyduğu bütün məqsədlərə çatan bir idmançı olacaq. Böyük idmançılar rinqdə rəqibiniə taktika ilə qalib gəlir. Bu baxımdan Kənanın idmançı taktikası var. O böyük idmançı olamaqla bərabər dövlətimizə və cəmiyyət üçün yararlı bir şəxsiyyət olacaq. Bu gün Kənanla və onun timsalında olan bütün idmançı şagirdlərimizlə fəxr edirəm.
Bu gün kiçik yaşlı idmançımızın böyük nəticələri var. Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq, kiçik çempion Kənan Rzazadəyə bol-bol uğurlar arzulayırıq. İnşallah Kənan Dünya, Avropa və Olimpia arenalarında Azərbaycanın qürurverici bayrağını dalğalandırıb, milli himnini səsləndirsin.

Sizə kiçik cüdo çempionu Kənan Rzazadənin yarışlarından hazırladığımız video carxı təqdim edirik.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”

Rəqibimi düşünüb yıxıram- FOTOVİDEO
Rəqibimi düşünüb yıxıram- FOTOVİDEO
Rəqibimi düşünüb yıxıram- FOTOVİDEO
Rəqibimi düşünüb yıxıram- FOTOVİDEO
Rəqibimi düşünüb yıxıram- FOTOVİDEO
Rəqibimi düşünüb yıxıram- FOTOVİDEO