AQGF-nın yekun hesabatı- FOTO

“Respublika Kuboku”nun qalibləri medal və kuboklarla təltif edildi.

İctimaixeber.com xəbər verir ki, 13.12.2019-cu il tarixində Azərbaycan Texniki Universitetinin idman zalında qol güləşi idman növü üzrə “Respublika Kuboku” açıq birinciliyi keçirildi. 14 dekabr tarixində “Respublika Kuboku” yarışının qaliblərinə medal və kuboklarla təltif edilməsi və illik hesabatın təqdimatı keçirildi. Tədbiri Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov açıq elan etdi. Azərbaycanın dövlət himni səsləndirildi. AQGF-nın yeniyetmələrdən ibarət komandanın baş məşqıçısı Zöhrab Məsimov, uşaqlardan ibarət komandanın baş məşqıçısı Elşən İsmayılov, Qazax nümayəndəsi və gənclərdən ibarət komandanın baş məşqiçisi, Vüsal Qəzənfərov, İsmayilli komandasının baş məşqiçisi. Azər Əliyev, AQGF-nın vitse-prezidenti Rəhim Rəsulov il ərzində fedarasiya idmançılarının uğurlarından, keçirilən yarışlardan və qarşıda görüləcək işlər baradə fikirlərini söylədilər. Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov qalib idmançıları təbrik edərək fedarasiyanın bütün idmançılarını qarşıdan gələn yarışlara daha da güclü, iradəli hazırlaşmağı tösiyyə etdi. O, öz nitqində AQGF-nın yaranmasından, bu günə qədər görülən böyük işlərdən və gələcək mötəbər yarışlardan söhbət açdı. Sonra Cəsarət Əhmədov “İlin ən yaxşı komandanın məşqiçisi”lərinə Fedarasiya tərəfəndən fəxri ad verdi: Zöhrab Məsimov, Elşən İsmayılov, Azər Əliyev, Vüsal Qəzənfərov.
Təqdimatdan sonra Milli Olimpia komitəsinin üzvü, Respublikanın fəxri bədən-tərbiyəsi və idman işçsi, Azərbaycan Respublikasının Fəxri fərmanına layiq görülən, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov “İctimaixeber.com” informasiya portalına öz müsahibəsində bunları bildirdi:

- Liderlər lider doğulur. Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Ümummilli Lider Heydər Əliyev ikinci dəfə də hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan hər bir sahədə inkişaf artdı. Ulu öndər Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. İdmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dahi lider Heydər Əliyevin layiqli davamçısı, idmançıların dostu möhtərəm prezident cənab İlham Əliyev idmançılara hər bir şərait yaratmışdır və bu gün idmançılara xüsusi bir dövlət qayğısı var. Mili Olimpia Komitəsinin üzvü olaraq demək isdəyirəm ki, Azərbaycanın hər bir bölgəsində Olimpia İdman kompleksləri tikilir, bu da öz növbəsində idmançıların vaxtı-vaxtında gözəl şəraitdə məşq etməsi deməkdir. Artıq bir çox bölgələrimizdə qol güləşi idman klubları fəaliyyət göstərir və bu klubların ən titullu idmançıları adlarını Azərbaycan qol güləşi tarixininə qızıl hərflərlə yazdırmışdır. Az müddətdə Qol Güləşi Federasiyası bu işin öhdəsindən layıqincə gəlib və artıq idmançılar Respublika səviyyəli yarışlarda sınaqdan keçirilib. Federasiya ancaq inkişafa doğru gedir. Uğurlarımız var və bundan sonrada daha çox olacaq. Qarşıdan gələn 2020-ci ildə bizi böyük yarışlar gözləyir. Azərbaycan Qol Güləşi Federasiyası artıq 20 ildi yaranıb. Respublikaya ən çox bizim federasiya medal gətirib və qarşı illərdə də bu davamlı olacaq. Bu gün qalib və Federasiyamız tərəfindən fəxri ada layiq görülən idmançıları təbrik edirəm.
Onuda xatırladaq ki, “Respublika Kuboku” açıq birinciliyinə 11 cəki dərəcəsində 24 idman klubunun ümumilikdə 150-dən artıq idmançısı qatılmışdı.
Komanda hesabı ilə Qazax qol güləşi idman klubunun idmançıları 1-ci yerə, Azərbaycan qol güləşi idman klubunun idmançıları 2-ci yerə, Sumqayıt qol güləşi idman klubunun idmançıları 3-cü yerə çıxıb. Sumqayıt qol güləşi idman klubnun idmançıları 3 qızıl, 5 gümüş, 4 bürünc medal komandalarının hesabına yazdırdılar. Qızıl mükafatçılar Zöhrab Məsimov- 2 qızıl medal (sağ və sol ), Rəşad Kəsəmənli – 1 qızıl medala layiq görüldülər.
Sonda qalib idmançılara almanya firması olan “ İron Maxx” vitamin koktelləri paylanıldı.
Bizdə “İctimaixəbər.com” informasiya portalı olaraq Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov başda olmaqla bütün idmançıları təbrik edirik. Onların hər birinə Dünya, Avropa və Olimpia çemponatlarında qalibiyyət qazanmaqlarını arzu edirik. Hər zaman Azərbaycanın qürurlu bayrağını dalğalandırıb himnin səsləndirəsiniz və daima yüksəklərdə olasınız.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

AQGF-nın yekun hesabatı- FOTO
AQGF-nın yekun hesabatı- FOTO
AQGF-nın yekun hesabatı- FOTO
AQGF-nın yekun hesabatı- FOTO
AQGF-nın yekun hesabatı- FOTO
AQGF-nın yekun hesabatı- FOTO
AQGF-nın yekun hesabatı- FOTO
AQGF-nın yekun hesabatı- FOTO
AQGF-nın yekun hesabatı- FOTO
AQGF-nın yekun hesabatı- FOTO
AQGF-nın yekun hesabatı- FOTO
AQGF-nın yekun hesabatı- FOTO
AQGF-nın yekun hesabatı- FOTO