"Qarabağ"dan növbəti qələbə

Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 final oyunlarına yekun vurulub.
İctimaixeber.com xəbər verir ki, xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" "Keşlə"ni qəbul edib.

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 53-cü dəqiqədə İsmayıl İbrahimli vurub.

Qeyd edək ki, əvvəlki 3 görüşdə "Qəbələ" evdə "Sabah"ı 3:0, "Sumqayıt" səfərdə "Neftçi"ni 1:0 hesabı ilə yenib. "Səbail" - "Zirə" matçında isə hesab açılmayıb - 0:0. Cavab görüşləri 19-20 dekabrda keçiriləcək.