Təbriz Qasımov dünya çempionu oldu - FOTO

10-13 dekabr tarixində Ukraynanın Xarkov şəhərində şaolin sanda növü üzrə dünya çempionatı baş tutub.

“İctimaixeber.com” xəbər verir ki, Azərbaycanı bu yarışmada Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Təbriz Qasımov təmsil edib.

O, 75 kq-lıq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

Qeyd edək ki, dünya çempionatında 27 ölkədən 750 idmançı qatılıb.