Mənim uğurum mənim tələbələrimdir- FOTO/VIDEO

Rəşad Məmmədov- İtirməkdən qorxma, bir şeyi qazanmağın üçün bəzi şeyləri itirməlisən və unutma itirdiyində deyil, imtina etdiyində məğlub olursan...

“Böyüməkdə olan nəslin və yeniyetmələrin asudə vaxtlarının necə keçirilməsi” adlı lahiyəmizlə 1 nömrəli Sumqayıt şəhər İOEUGİŞM- nin taekvando zalının qonağı oldum.
Taekvando zalının məşqıçı müəllimi Rəşad Məmmədovu tanıyaq:
Rəşad İbrahim oğlu Məmmədov 1978-ci il 15 iyul Sumqayıt şəhərində ziyalı ailədə dünyaya gəlmişdir. İlk orta təhsilini Sumqayıt şəhər 14 saylı tam orta məktəbdə almışdır. 8 yaşında Şüşə idman bazasının nəzdində fəaliyyət göstərən taekvando idman növündə Şahmurad Əlmuradovun rəhbərliyi altında məşqlərə başlayır. Rəşad Məmmədovun ikinci müəllimi Ələkbər İmaməliyev 15 il ATF-nın böyüklərdən ibarət milli komandasının baş məşqıçısı olmuşdur. “Tərəqqi” medalı ilə təltif edilən idmançıdır. Ələkbər müəllim həm də “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” na layiq görülən və hal-hazırda 16-21 yaş oğlanlardan ibarət milli komandanın baş məşqiçisidir. Dünya və Avropa çempionu, fəxrimiz Niyaməddin Paşayev Ələkbər müəllimin yetirməsidir.
Rəşad Məmmədovun uğurları:
1993-ci ildə Azərbaycan çempionu, 1996-cı ildə böyüklər arası Avropa çempionatında beşinçi yerin sahibi, 2001-ci ildə Kareyada keçirilən Dünya çempionatında beşinçi yerin sahibi, dəfələrlə Beynəlxalq turnirlərin (İran, Türkiyə, Hollandiya və s.ölkələrdə) qalibi olmuşdur. Rəşad Məmmədovun idmana həvəsi onu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına gətirib çıxardır. O, 1996-2000- ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşqiçi müəllim fakültəsinin taekvando ixtisasınıda təhsil almışdır.
“Respublikanın Əmakdar məşqiçisi” fəxri adına layiq görülmüşdür. İdman ustasıdır. 2004-ci ildən Sumqayıt taekvando məktəbində məşqiçi müəllim fəaliyyətinə başlayıb və bu günə qədər məşqiçi müəllim kimi çalışır. Təhsil RİNİ-nin təşkilatçılığı ilə yüksək nailiyyətli idmançıları yetişdirdirilməsində və uşaqların irdmana cəlb edilməsində göstərdiyi nəticələrə görə Təhsil nazirliyi tərəfindən 4 ildi Fəxri diploma layiq görülür. Təhsil RİNİ-nin taekvando bölməsi üzrə baş məşqiçisi, ATF-nın 16-21 yaş qadınlardan ibarət milli komandanın baş məşqiçidir. Ailəlidir 2 oğlan övladı var: Uğur, Nihad.
Uğurlu idmançıların yetişməsində Rəşad müəllimlə çiyin-çiyinə çalışan Beynəlxalq dərəcəli hakim Elşad Qüdrətlinin, Rəşad Məmmədovun tələbəsi Avropa çempionatında 3-cü yerin sahibi Rafello Hüseynovanın zəhmətidə əvəzolunmazdı.
Rəşad müəllimin iş fəaliyyəti ərzində kifayət qədər Dünya, Avropa, Azərbaycan və şəhər çempionları yetişmişdir:
İlham Əliyev- Gənclər arasında Avropa çempionu.
Nərgiz Mirzəyeva - Yeniyetmələrin dünya birinçiliyində 3-cü yer.
Rafello Hüseynova – Avropa çempionatında 3-cü yer.
Xəyalə Quliyeva - 21 yaşlılar arasında Avropa üçüncüsü.
Yusif Hüseyinli - Gənclər arasında Avropa ikincisi.
Fatimə Həsənova - Avropa ikincisi və üçüncüsü.
Şamil Mirzəyev – Yeniyetmələr arasında Avropa üçüncüsü.
Rəvan Hüseynov - Gənclər arasında Avropa üçüncüsü.
Təhminə Hüseynova - Gənclər arasında Avropa ikincisi.
Süleymanov Aydın – Katedlər arasında Avropa ikincisi və üçüncüsü.
Pərviz İsgəndərova – Yeniyetmələr arasında Prespektivli idmançılar arasında Avropa üçüncüsü.
Elmira Bayrak - Uşaqlar arasında Avropa üçüncüsü.
Rəşad Məmmədov taekvando idman növünün texniki qaydalarını belə izah etdi:
Taekvando döyüş növü Kareyada yaranıb. Bu oyunun fəlsəfəsi böyüklərə hörmət, kiçiklərə nəzakət göstərməkdir. Teakvandoda idmançıların geyindikləri geyim “dabok” adlanır. Taekvando sözü üç yerə bölünür: Taek- ayaq, kan-yumuruq, do-həyat yolu deməkdir. Bu idman növündə ən çox ayaq zərbələri işlənir. Taekvandoda geyinilən geyim “Dabok” adlanır. Dabok- həyat yolunun geyimi mənasını daşıyır. Zalda idmançının nərə çəkməsi “kixab” adlanır, bu səs rəqibi qorxutmaq üçündür. Taekvandoda ağ, sarı, sarı-yaşıl, yaşıl, yaşıl-göy, göy, göy-qırmızı, qırmızı, qırmızı-qara, qara kəmər verilir. Qara kəmər sahibləri Dünya, Avropa və Olimpia oyunlarının iştirakçıısı ola bilər.
“İctimaixeber.com” informasiya portalını xüsusi müxbirinə öz müsahibəsində bunları bildirdi:
- Yeganə xanım sizə təşəkkür edirəm ki, zalımızın qonağısız və Sumqayıt taekvandoçularını işıqlandırırsız. Bu gün bizim nəticələrimiz kifayət qədərdi. Zalımızın yetərincə Dünya, Avropa çempionları var. Məşq etdiyimiz bu zalda məşqiçi müəllimlər və idmançı şagirdlər üçün hər bir şərait yaradılmışdır. Bizə yaradılan gözəl şəraitə görə dövlət başçımız, idmançıların dostu İlham Əliyev cənablarına, şəhər icra başçısı Zakir Fərəcova, 1 nömrəli Sumqayıt şəhər İOEUGİŞM- nin direktoru, Olimpia medalçısı, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” na layiq görülən, idmanımızın fəxri Fuad Aslanova sonsuz təşəkkürlərimizi bildiririk. Bizə həmdə ən böyük dəstək verən ATF-nın Prezidenti Kəmalləddin Heydərov başda olmaqla vitse prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevə də Sumqayıt taekvandoçular adından minnətdarlığımızı bildiririk. Yeri gəlmişkən Niyaməddin Paşayev Sumqayıtda yetişən idmançılardandı. Bu baxımdan da o həmişə Sumqayıt taekvandocularına xüsusi diqqət və qaygı ilə yanaşır. Niyammədin müəllim hər zaman dəstəyini biz idmançılardan əksik etmir. Məşqıçı müəllimlərində vəzifə borcu və əsas məqsədi Olimpia, Dünya, Avropa çempionları yetişdirməkdir. Fuad müəllim məktəbin çöl tərəfində məktəbin çempion şagirdlərinin böyüdülmüş şəkillərindən ibarət bir lövhə düzəldib və bu da o şəkillərə baxan hər bir idmançı şagirddə özünə çalışqanlılıq yaradır. Yaxın günlərdə yarışların birində balaca bir idmançı şagirdim mənə dedi ki, “Müəllim mən yer tutmaq isdəyirəm. Əsas da yer ona görə tutmaq isdəyirəm ki, mənim də şəkilim divara vurulsun...” Bu bu artıq gələcəyin çempionlarının yetişməsidi. stimuldu. Burdan bütün valdeyinlərə səslənmək isdəyirəm ki, övladlarını idmanla məşğul olmağa yönəldəndə öz istəklərinə görə yox, uşaqların istəklərinə görə yönəltsinlər və tələsməyib düzgün qərar versinlər. Uşaq özünü hansı idman növündə görürsə orda da nəticə verəcək. Ən əsası seçdikləri məşqiçi müəllim haqqında ətraflı məlumat toplasınlar. Hər bir kəs idmanla məşğul olmalıdır. İdman sağlamlıqdır, özünə güvən, idman pis vərdişlərdən uzaq olmaq deməkdir. Hal-hazırda 100-ə yaxın idmançı şagirdlə məşğul oluram. Idmanla məşğul olmaq gələcəyin çemponu olmaq deyil. Bəli zalımızda məşq edən şagirdlər sabahın müxtəlif peşə sahibləridir. Əsas odu ki, onlarda artıq idman mədəniyyəti inkişaf edib və onların hər biri cəmiyyətə bu gündə, gələcəkdə də bunu təbliğ edə biləcəklər. Qarşıda bizi 22-28 dekabr tarixlərində Azərbaycan çempionatı gözləyir. Bu yarışda milli komandanın tərkibinə daxil olan idmançılar bilinəcək. Bütün idmançılara uğurlar arzulayırıq. Mənim müəllim kimi bir şüarım var: “İtirməkdən qorxma, bir şeyi qazanmağın üçün bəzi şeyləri itirməlisən və unutma itirdiyində deyil, imtina etdiyində məğlub olursan...”
Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq Rəşad Məmmədova bu şərəfli peşədə bol-bol qalibiyyətlər arzulayırıq. Həmişə yetişdirdiyiniz tələbələrin qələbə soraqları Olimpia, Avropa, Dünya arenalarından gəlsin. Azərbaycanın qürurverici 3 rəngli bayrağını uca zirvələrə qaldırsınlar və milli himnimizi səsləndirsinlər.

Sizlərə sayıtımız vasitəsi ilə Rəşad Məmmədovun məşq zalından hazırladığımız video carxı təqdim edirik.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

Mənim uğurum mənim tələbələrimdir- FOTO/VIDEO

Mənim uğurum mənim tələbələrimdir- FOTO/VIDEO
Mənim uğurum mənim tələbələrimdir- FOTO/VIDEO
Mənim uğurum mənim tələbələrimdir- FOTO/VIDEO
Mənim uğurum mənim tələbələrimdir- FOTO/VIDEO
Mənim uğurum mənim tələbələrimdir- FOTO/VIDEO

[center]Mənim uğurum mənim tələbələrimdir- FOTO/VIDEO
Mənim uğurum mənim tələbələrimdir- FOTO/VIDEO
Mənim uğurum mənim tələbələrimdir- FOTO/VIDEO
Mənim uğurum mənim tələbələrimdir- FOTO/VIDEO

Mənim uğurum mənim tələbələrimdir- FOTO/VIDEO
Mənim uğurum mənim tələbələrimdir- FOTO/VIDEO
Mənim uğurum mənim tələbələrimdir- FOTO/VIDEO