“Kodokan” idman klubunun nəticələri

Hər zaman Azərbaycanı təmsil edən idman klubu və idmançıları.

İctimaixeber.com xəbər verir ki, 22.12.2019-cı il tarixində Krım Muxtar Respublikasında fəaliyyət göstərən “Kodokan” cüdo idman klubu Moskva şəhərində keçirilən “КУБОК НОСОВА VIII” Beynəlxalq cwdo turnirinə 3 idmançıyla qatılmışdır. Yarış katedlər 2006-2011-ci illər arasında keçirilirdi.“Nosov Kuboku VIII” adlı Beynəlxalq turnir “Kiciklərin olimpiadası” adlanırdı. “Kodokan” cüdo idman klubunun idmançılarından Anar Mirzəyev 26 kq çəki dərəcəsində qızıl və bürünc medal, Süleyman Yəhyayev +50 kq çəki dərəcəsində qızıl medala sahib olublar. Beynəlxalq turnirdə 5 ölkənin Özbəkistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Rusyanın bütün vilayət və şəhərlərindən ümumillikdə 1500 idmançı iştirak edirdi. 15.12.2019-cı il tarixdində Moskva şəhərində keçirilən “Məktəblilərin Liqası” adlı Beynəlxalq turnirdə 2 medal və kubok qazanmışdılar. Süleyman Yəhyayev birinci yer, Anar Mirzəyev 3-cü yer. Xatırladaq ki, “Məktəblilərin Liqası” adlı Beynəlxalq turnirdə 6 ölkədən və Rusiyanın 90 müxtəlif regionundan ümumilikdə 1100 idmançı iştirak edirdi.
Onu da xatırladaq ki, Krımda yerləşən “Kodokan” cüdo idman klubu artıq 5 ildi uğurlu idmançılar yetişdirərək fəaliyyətini davam etdirir və klubun idmançıları hər bir yarışda Azərbaycanı təmsil edirlər. 2019-cı il “Kodokan” idman klubu 25 yarışda iştirak edib və bu 25 yarışın nəticələrinə görə klub 139 medal qazanıb. İdman klubunun 100-ə yaxın idmançısı var.
Bizdə “İctimaixəbər.com” informasiya portalı olaraq “Kodokan” cüdo idman klubunun prezidenti və məşqiçi müəllim Əfqan Mirzəyev başda olmaqla idmançı şagirdlərə bol-bol qalibiyyətlər arzulayırıq. Azərbaycanlı olmağınızla hər zaman fəxr edəsiniz! Bu qələbələrə görə sizin hər birinizi təbrik edirik.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”

“Kodokan” idman klubunun nəticələri
“Kodokan” idman klubunun nəticələri
“Kodokan” idman klubunun nəticələri
“Kodokan” idman klubunun nəticələri