Taekvando üzrə ölkə çempionatı- FOTO

Sumqayıt taekvandoçuları- 4 qızıl, 6 gümüş, 8 bürünc medal qazandılar.

İctimaixeber.com xəbər verir ki, 24-28 dekabr 2019-cı il tarixində Abşeron idman Kompleksində yeniyetmələr, gənclər və böyüklər arasında taekvando üzrə Azərbaycan çempionatı keçirilib.
Çempionatda 2006-2008-ci il təvəllüdlü yeniyetmə; 2003-2005-ci il təvəllüdlü gənclər; 2002 və yuxarı təvəllüdlü, 11 cəki dərəcəsində olan idmançılar idmançılar medallar uğrunda mübarizə aparırdılar. Yarışın məqsədi qalib olan idmançılar Beynəlxalq turnirlərdə, yeniyetmələr arasında Avropa birinciliyində, gənclər arasında dünya birinciliyində, böyüklərin Avropa çempionatında iştirak edərək ölkəmizi təmsil edəcəklər. Yeniyetmə, gənclər və böyüklərdən ibarət olan taekvando üzrə ölkə çempionatında ümümülikdə 50 klubdan və regionlardan 800 idmancı qatılmışdı. qatıldığı yarışda. Təhsil RİNİ-nin taekvando bölməsi üzrə baş məşqiçisi, ATF-nın 16-21 yaş qadınlardan ibarət milli komandanın baş məşqiçisi, Sumqayıt taekvanduçularının baş məşqıçi müəllim Rəşad Məmmədovun idmançı şagirdlərinin uğurları:
Yeniyetmələr arasında keçirilən Azərbaycan çempionatında Sumqayıt komandasının idmançısı Fuad Məhərəmli ilk cıxışında 37 kg çəki dərəcəsində 6 döyüş udaraq yalnız finalda məğlub olaraq 2-ci yerə layiq görüldü. 53kg çəki dərəcəsində Sədi Mənsubov 3-cü yerin sahibi oldu. Beləliklə yeniyetmələr arasında Azərbaycan birinciliyində 1 qızıl, 3 gümüş, 4 bürünc medal qazandılar.
Gənclər arasında keçirilən Azərbaycan çempionatında Sumqayıt komandası hesablarına 2 qızıl, 3 gümüş, 1 bürünc medal yazdırdılar.
Böyüklər arasında komanda hesablarına 1qızıl, 1gümüş 2 bürünc medal; qazandılar. Ümumilikdə yeniyetmə, gənclər, böyüklər arasında 4 qızıl, 6 gümüş, 8 Bürünc medal qazandılar. və beləlilək Sumqayıt kamandası komandalar arasında 2-cı yerə cıxdılar. Sumqayıt komandası 3 yaş qrupunda milli kamandaya idmancı verdi. Qalibiyyət və qələbələrə görə Sumqayıt taekvandoçularını təbrik eirik!

Yeganə Telmanqızı
“İctimaixeber.com”

Taekvando üzrə  ölkə çempionatı- FOTO
Taekvando üzrə  ölkə çempionatı- FOTO
Taekvando üzrə  ölkə çempionatı- FOTO
Taekvando üzrə  ölkə çempionatı- FOTO
Taekvando üzrə  ölkə çempionatı- FOTO
Taekvando üzrə  ölkə çempionatı- FOTO
Taekvando üzrə  ölkə çempionatı- FOTO