“Teyd” kikboksinq idman klubunun yeni zalının açılışı oldu- FOTO

Sağlam həyat sağlam idmanın nəticəsidir.

İctimaixeber.com xəbər verir ki, Sumqayıt şəhər 6 mkr ərazisində yerləşən idman kompleksinin nəzdində “Teyd” kikboksinq idman klubunun yeni zalının açılışı oldu.
Açılış lenti kəsildikdən sonra tədbir açıq elan olundu və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi
Sonra Azərbaycan Kikboksinq Federasiyasının birinci vitse prezidenti Güloğlan Cabbarov, dəfələrlə Avropa və dünya çempionu Eduard Məmmədov, AKF-nın yığma komandanın məşqiçisi Elşən Abdulrəhmanov, AKF-nın baş hakim, beynəlxalq dərəcəli hakim Elnur Alıyev, “Bakı” kikboksinq idman klubunun baş məşqiçisi Elşən İsayev, Avropa mükafatçısı Əsgər Rəhimov, Avropa, dünya çempionu Camal Məmmədov, Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin gənclərdən ibarət milli yığma komandanın baş məşqiçisi Hakim Hacıyev, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin bədən tərbiyəsi və idman sektorunun müdiri Vahid Abdullayev və digər fəxri qonaqlar “Teyd” kikboksinq idman klubunun prezidenti Telman İsmayılovu, klubun məşqiçi müəllimi Elnur Priyevi yeni zalın açılışı münasibəti ilə təbrik etdilər. Belə zalların açılmasında gələçəyin dünya, Avropa, Olimpia çempionları yetişməsində mühüm rolunun olduqlarından danışdılar. Onu da vurğuladılar ki, bu cür gözəl zalların açılması uşaqların, yeniyetmələrin pis vərdişlərdən uzaqlaşması deməkdir. İdmanla məşğul olmaq böyüməkdə olan nəslin təlim-tərbiyəsində, cəmiyyətə sağlam vətəndaşın yetişməsində və düzgün formalaşmasında olduqca vacib bir amildir.
Bizdə olaraq AKF-nın prezidenti Adil Əliyev başda olmaqla “Teyd” kikboksinq idman klubunun prezidenti Telman İsmayılovu, klubun məşqiçi müəllimi Elnur Priyevi, onların idmançı şagirdlərini və kikboksinq ailəsini həmçinin bütün kikboksinq sevərləri təbrik edirik. Onların hər birinə bol-bol uğurlar və qalibiyyətlər arzulayırıq.

Yeganə Telmanqızı
“İctimaixeber.com”