Çempionumuz Rəsul Çunayevin Ad günüdür

Milli güləşçimiz, "Şöhrət" ordenli peşəkar idmançı Rəsul Çunayevin doğum günüdür.

Əziz oxucu fəxrimiz Rəsul Çunayev -Olduqca çox sadə, gözəl insan, gözəl övlad , gözəl dost. Bu insanla söhbət zamana bu kefiyyətlərin hamısını kəşf edirsən. Rəsul Çunayev 7 yanvar 1991-ci ildə Balakən şəhərinin Qabaqçöl kəndində sadə və zəhmətkeş bir ailədə anadan olmuşdur. Avar əsilli Azərbaycanlı yunan-roma güləşçisidir. Rəsul Çunayev birinci uğurunu 2008-ci ildə qazanıb. O, Latviyada Gənclərin Avropa Çempionatında qızıl medal qazanıb. 2010-cu ildə Yeniyetmələrin Avropa Çempionatında qızıl, Dünya Çempionatında isə bürünc medal qazanıb. 2011-ci ildə Yeniyetmələrin Dünya və Avropa Çempionatında 3-cü yeri tutaraq bürünc medal qazanıb. Rəsul Çunayev 2015-ci ildə Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində keçirilən Dünya Çempionatının qızıl medalçısıdır. Rəsul Çunayev Avropa Çempionatının 1 qat qızıl və 1 qat gümüş medalçısıdır. Rəsul Çunayev 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarının qızıl medalçısıdır. 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Rəsul Çunayevin şəxsi məşqçisi Səməd Çöpçiyevdir.
Bir qələbənizdə rəqs etdiz, bir qələbənizdə əsgər salamı verdiz təbii ki, bu qələbəniz kimlərəsə həsr olunmuşdu. Bəs növbəti qələbəni kimə həsr edəcəksiz?
Hər şey bir anlıq olur. Qalib olmağıma Allah-taala kömək edir. Gələçək qalibiyyətim bilmirəm kimə həsr olunacaq.
Bu gün yunan roma güləşi deyəndə Rəsul Çunayevin adı çəkilir. Bəs bu idmanla növü ilə məşgul olan kiçik idmançılara nə demək isdərdiz? Bütün idman növü ilə məşgül olan idmançılara bir tövsiyyəm var. Vaxtı-vaxtında məşq etsinlər, rejimlərinə, qidalarına hətdda yuxularınada diqqət yetirsinlər. İdmançı öz üzərində daima məşğul olsa istədiyi nəticəni əldə edəcək. Mən çox əziyyətlərlə gəlib bu günki zirvəyə çıxmışam və bundan sonra da çalışacam ki, gələcək yarışlardan da medallar qazanım. Mən bir vətəndaş kimi, bir idmançı kimi həmişə Vətənimə xidmət edirəm! İdman sağlamlıqdır, gözəllikdir. Böyüməkdə olan nəslə ən böyük tövsüyəm budur ki, idmanla məşğul olsunlar, narkamanyadan, pis vərdişlərdən uzaq olub sağlam böyüsünlər. Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq başda Zamiq Alışov başda olmaqla bütün işçi heyətimiz adından Azərbaycanın fəxri Rəsul Çunayevi ad günü münasibəti ilə təbrik edirik. Sizə möhkəm can sağlığı, bol-bol qalibiyyətlər və hər yeni gününüzün ötən günlərdən daha gözəl olmasını arzulayırıq.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

Çempionumuz Rəsul Çunayevin Ad günüdür
Çempionumuz Rəsul Çunayevin Ad günüdür
Çempionumuz Rəsul Çunayevin Ad günüdür