GƏLƏCƏYİN KATMENİ.

Ayişə Əlirzayeva- Azərbaycanın idman həyatında böyük uğurlara imza atmaq istəyirəm.

“Balaça çempionlar” lahiyəmizin bu dəfəki müsahibi Sumqayıt şəhəri Paralimpiya idman kompleksində fəaliyyət göstərən “SURİ” karate klubunun çempion şagirdi 11 yaşlı Ayişə Əlirzayeva oldu.
Ayişə Mehman qızı Əlirzayeva 20 aprel 2009-cu ildə Sumqayıt şəhərində məşhur karate müəllimi Mehman Əlirzayevin ailəsində dünyaya gəlmişdir. Altı yaşından 2015-ci ilin yanvar ayından atası Mehman Əlirzayevin rəhbərliyi altında idmanın karate növü ilə məşğul olmağa başlayır. Elə həmin ildə Sumqayıt şəhər 23 saylı tam orta məktəbin birinci sinifinə daxil olur. Hal-hazırda beşinci sinifdə oxuyur. Ailədə 5 övladdılar: İlyas, Zeynəb, Ayışə, Rüqəyya, Əli.
İdmanda uğurları:

2015-ci ildə Dünya çempionatının ikincisi. Dəfələrlə Sumqayıt və Bakı çempionu.
2016-cı ildə “Arpacay Open” beynəlxalq karate turnirinin qızıl mükafatçısı. Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının qalibi. Bakı, Sumqayıt, rayonlararası yarışların qalibi.
2017-ci ildə “Baku Open” Beynəlxalq turnirinin qızıl mükafatçısı. İran islam Respublikasının Kirmanşah şəhərində keçirilən “Open” beynəlxalq yarışının qalibi. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş turnirdə kata növündə I yer. “Arpacay Open” beynəlxalq karate turnirinin qızıl mükafatçısı. 2018-ci ildə dünya çempionatının ikincisi.

Ayşənin məşqıçı müəllimi Mehman Əlirzayev Ayişə haqqında fikirlərini bizimlə bölüşdü:

- Ayişə 2015-ci ilin yanvar ayında məşqlərə başlayıb. Elə həmin ildə ilk uğuruna imza atır, beləki Gürcüstanda keçirilən dünya çempionatında gümüş medal qazanaraq vətənə dönür. O ildən bu günə qədər birinci və ikinci yerlərin sahibi olmuşdur. Bir neçə gün sonra Bakı şəhərində keçirilən V “Arpacay Open” Beynəlxalq karate turnirinə hazırlaşırıq və gərgin məşqlərə başlamışıq. Ayişə bu turnirdə kata növündə yarışacaq. Bir ata həm də məşqiçi müəllim kimi onu demək isdəyirəm ki, mən Ayişədə böyük potensial görürəm. Onun karate –do idman növündə ən böyük həvəsi kata növünədir və mən Ayişəni gələcəyin katmeni görürəm. İdmanda ona böyük-böyük uğurlar arzulayıram. Bəli bu gün kiçik yaşlı karateçi qızımızın uğurlu nətiçələri var.
Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq, kiçik çempion Ayişə Əlirzayevaya bol-bol uğurlar arzulayırıq. Dünya, Avropa və Olimpia arenalarında Azərbaycanın qürurverici bayrağını dalğalandırıb, milli himnini səsləndirsin.

Yeganə Telmanqızı
“İctimaixəbər.com

GƏLƏCƏYİN KATMENİ.
GƏLƏCƏYİN KATMENİ.

GƏLƏCƏYİN KATMENİ.