5-ci Arpaçay Open

Bakıda “20 Yanvar" şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin açılış mərasimi keçirilib

İctimaixeber.com xəbər verir ki, “Arpaçay” karate klubunun və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə yanvarın 18-də Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirin açılış mərasimi keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. Ölkəmizdə bədən tərbiyəsi və idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini vurğulayan nazir müavini deyib ki, Azərbaycan dünyanın ən qabaqcıl idman dövlətlərindən biridir. Azərbaycanda paytaxtla yanaşı, regionlarda da idmanın sürətli və hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. İdmançılarımız ən nüfuzlu yarışlarda böyük uğurlar qazanır, Azərbaycan mötəbər turnirlərə yüksək səviyyədə ev sahibliyi edir.
AMKF-nın prezidenti Yaşar Bəşirov karatenin ölkəmizdə inkişaf etmiş idman növlərindən olduğunu qeyd edib. Bildirib ki, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi turnirə maraq ildən-ilə artır. Məqsəd gənclərin hərbi-vətənpərvərlik ruhunu yüksəltmək, idmanın bu növünün kütləviliyini artırmaq, gələcəkdə perspektivli idmançılar yetişdirməkdir.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, AKF-nın prezidenti Adil Əliyev, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentii Ülvi Quliyev, Azərbaycan Dağ Yahudiləri icmasının sədri Milix Yevdayev və digərləri çıxışlarında ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Qeyd edilib ki, müasir müstəqil Azərbaycanda bütün sahələr kimi bədən tərbiyəsi və idman da sürətlə inkişaf edir.
Sonda beynəlxalq turnirin təşkilində əməyi olan şəxslər təltif ediliblər.
Uşaq, yeniyetmə və gənclər arasında təşkil edilən sayca beşinci açıq turnirdə 12 ölkədən: Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan, Türkmənistan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Kuveyt, Mərakeş, Oman cəmi 910 idmançı mübarizə aparır. Turnirin birinci günündə təşkil olunan kata yarışlarında bütün yaş qruplarında idmançılar çıxış ediblər. Yanvarın 18-də 6-11, 19-da isə 12-17 yaşlı yeniyetmə və gənclər arasında kumite yarışları keçiriləcək. Qalib gələn idmançılara medal və diplomlar, komandalara kuboklar təqdim olunacaq.
AMKF-nın prezidenti Yaşar Bəşirov “İctimaxeber.com” informasiya portalını xüsusi müxbirinə verdiyi müsahibəsində yarışla bağlı öz fikirlərini bölüşdü:

- Bu gün Azərbaycanda olan bütün tədbirlər yüksək səviyyədə keçirilir həmçinin sayca beşinci olan “Arpaçay” beynəlxalq turniri də yüksək səviyyədə təşkil olunub. “Arpaçay Open” 2020-ci ildə keçirilən ilk beynəlxalq yarışdı. Yarışda 12 dövlətin və həmçinin Azərbaycanın bütün regionlarından 1000-ə yaxın idmançı iştirak edir. Təbii ki, bizdə Milli Karate Federasiyası “Arpaçay” idman klubuyla əlbir olaraq bu yarışı keçiririk. Azərbaycan Milli Karate Federasiyasının prezidenti olaraq möhtərəm prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirərəm. O idman və idmançılara yetərincə qiymət , dəyər verir, idmançıların mötəbər yarışlara hazırlaşmağında Avropa standartlarına cavab verən idman zallarının inşa edilməsinə sərəncamlar verir. Bizə diqqət dəstək çox böyükdür burdan Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimova, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentii Ülvi Quliyevə öz dərin təşəkkürümü bildirirəm. Deyərdim ki, bu turnir uşaqların idman bayramıdır. Burda yarışan Azərbaycan idmançıları eləcədə xarıçı dövlətlərdən gələn qonaqlar turnirdə olan yüksək təşkilatçılığı görürlər. Bu yarışın yüksək səviyyədə keçirilməsinə əməyi olan “Arpaçay” karate idman klubunun prezidenti Yavər müəllimə, Vüqar müəllimə öz minnətdarlığımı bildirirəm. Yarışda iştirak edən idmançılarımız seçim olaraq Avropa və Olimpia çempionatlarında gələçək çempionlarımızdır. Onlar gələcəkdə dünyanın bütün arenalarında Azərbaycanın idman simaları olacaqlar. 5-7 martda XI “Open Azərbaycan” beynəlxalq turnirində karatenin briliyyantı Rafael Ağayevin 35 illiyi keçiriləcək. Olimpia oyunlarında fəxrimiz Rafael Ağayev Azərbaycanı təmsil edəcək inanırıqki Olimpia medalı ilə Azərbaycanımızı bütün dünyaya tanıdaraq vətənimizə dönəçək.
“Arpaçay” karate idman klubunun prezidenti “Arpacay Open” yarışının təşkilatçısı Yavər Hüseynov müsahibəsində bunları bildirdi:

- Yeganə xanım yarışın həm təşkilatçısıyam həm də rəhbəri. Vətənpərvər bir insan olaraq yarışı “20 Yanvar” şəhidlərinin və Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinə həsr etmişik, belə yarışları tez-tez keçiririk. Biz hər zaman onlara borcluyuq və onların ruhları qarşısında baş əyirik. Bizə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi, Azərbaycan Milli Karate Federasiyası dəstəkdilər. Əsas məsuliyyət “Arpaçay” idman klubunun rəhbərliyinindir. 2015-ci ildən fəaliyət göstəririrk və elə həmin ildəndə “Arpaçay Open” beynəlxalq turniri keçirilir. Bu bizim sayca 5-ci yarışımızdır, ilk yarışımız 3 ölkəylə 5-ci yarışımız 12 ölkəylə təmsil olunur. 12 ölkədən 1000-ə yaxın idmançı qatılıb bu artıq rekortdur. Yarışımız 3 gün 17, 18, 19 fəaliyyət göstərəcək və yarışda 6 yaşdan 18 yaşa qədər müxtəlif çəki dərəcələrində idmançılar iştirak edir. Əsas məqsədi nəticə verən idmançıları seçərək milli yığma komandanın tərkibini qatmaqdır. Bu gün burda yarışan uşaqlar gələcəyin Rafaellər , Ayxanlar, Firidunları , Şahinləri görürəm. Onlar gələcəkdə beynəlxalq yarışlarıda, Avropa və dünya çempioanatlarında Azərbaycanı layiqincə təmsil etməkdir. Həyat davam edir bizim bu yarışımızda iştirak edən hər bir uğurlu idmanaçını təbik edirəm və inanıram ki, onlar olimpia, avropa və dünya arenalarında Azərbaycanı layiqincə təmsil edərək öz sözünü deyəcək. Sizədə öz təşəkkürümü biıdirirəm.
Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq AMKF-nın prezidenti Yaşar Bəşirov başda olmaqla, “Arpaçay” karate klubunun prezidenti Yavər Hüseynova və bütün iştirakçı idmançılara bol-bol qalibiyyətlər arzulayırıq.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

5-ci  Arpaçay Open
5-ci  Arpaçay Open
5-ci  Arpaçay Open
5-ci  Arpaçay Open
5-ci  Arpaçay Open