20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş dərs

“SURİ” karate klubunun idmançıları 20.01.2020-ci il tarixində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş dərs keçirtdi.

Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.
Binəqədi rayonu idman məktəbində fəaliyyət göstərən “SURİ” Sumqayıt karate klubunun qonağı oldum.
Mehman Əlirzayevin rəhbərliyi altında məşq edən karate idman klubunun idmançıları daima şəhidlərin xatirəsini əziz tuturlar. Dərsin ilk giriş dəqiqələrində də Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən oğul və qızların ruhlarını bir dəqiqəlik sükutla yad etdilər.
Xatırladaq ki, “SURİ” karate idman klubunun 150-dən çox idmançı şagirdləri var və onların arasındada Dünya, Avropa çempioniları, dəfələrlə beynəlxalq turnirlərin qalibləri, dəfələrlə Azərbaycan və Sumqayıt çempionları var. Milli Karate Federasiyasının Sumqayıt şəhəri SKF beynəlxalq şotekan bölməsinin rəhbəri həmçinin “SURİ” karate idman klubunun prezidenti Mehman Əlirzayevdir. Mehman müəllim həmişə yetişdirdiyi idmançı tələbələrlə fəxr edən bir məşqiçi müəllimdir.
Qonağım olduğum bu idman klubunun idmanda kifayət qədər nətiçə verən idmançıları var. Sizlərlə onları mütamadə olaraq tanış edəcəyik.

Yeganə Telmanqızı
“İctimaixeber.com”