Anamı həmişə sevindirmək istəyirəm.

Mehman Əlirzayev- İnşallah Rəsul gələcəkdə karate-do yığma komandanın bir nömrəsi olacaqdır.

“Balaça çempionlar” lahiyəmizin bu dəfəki müsahibi Sumqayıt şəhəri Paralimpiya idman kompleksində fəaliyyət göstərən “SURİ” karate klubunun çempion şagirdi 9 yaşlı Rəsul Məmmədli oldu.
Rəsul Rauf oğlu Məmmədli 21 noyabr 2010-cı ildə Rusiya Federasiyasında yerləşən Tula vilayətində müəllim ailəsində dünyaya gəlmişdir. 5 yaşında olarkən yəni 2015-ci ildə Sumqayıt şəhəri Paralimpiya idman kompleksində karate idman növündə Mehman Əlirzayevin rəhbərliyi altında məşqlərə başlayır. Ilk uğuruda elə həmin ildə qazanır. 2016-cı ildə Sumqayıt şəhər 39 saylı tam orta məktəbə qəbul olur. Hal –hazırda Fərzəliyeva Dürdanə müəllimənin 4 D sinifində təhsil alır, dərs əlaçısıdır. Qardaşı Mübariz Məmmədlidə karate-do idman növüylə məşğuldur.
Rəsul Məmmədlinin idman uğurları:
2015-ci ildə klublar arası yarışda 3-cü yer. Beş yaşlar arsında Sumqayıt çempionatında Sumqayıt çempionu. Bakı çempionatında Bakı çempionu. 2016-cı il noyabr ayında Gürcüstanın Tbilisi şəhərində keçirilən Avropa çempionatının qalibi.
2017-ci ildə İran İslam Respublikasının Kirmanşah şəhərində keçirilən “Open” beynəlxalq yarışının qalibi. Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının gümüş mükafatçısı.
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş turnirdə kata növündə I yer.
2018-ci ildə İran İslam Respublikasının Kirmanşah şəhərində keçirilən “Open” beynəlxalq yarışının qalibi.
Hər il keçirilən 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr gününə həsr olunmuş yarışların qalibidir.
“SURİ” karate klubunun, prezidenti, Milli Karate Federasiyasının Sumqayıt şəhəri SKF beynəlxalq şotekan bölməsinin rəhbəri məşqıçı müəllim Mehman Əlirzayev Rəsul haqqında çox yüksək fikirdədir.

– Məmmədli Rəsul 4 yaşından mənim rəhbərliyim altında məşqlərə başlayıb, artıq 6 ildi məşq edir və karatenin sirlərini öyrənir. 5 yaşında ilk dəfə olaraq Bakı və Sumqayıtda keçirilən yarışlarda çempion olub, həmçinində 5 yaşında artıq Gürcüstanın Tbilisi şəhərində keçirilən Avropa çempionatının birincisi olub, beləliklə bir-birinin ardınca qələbələri artıb. 2016-2017-ci illərdə bir sıra xarıci ölkələrdə beynəlxalq turnirlərin və avropa çempionatlarının qalibi olub. Hal-hazırda 1-ci Dan “Qara kəmər” sahibidir. İnşallah gələcəkdədə yığma komandanın bir nömrəsi olacaqdır.
Balaça çempionumuz deyir ki, “Anamında, məndə karate idman növünə həvəsim var idi. Hər ikimizin birgə istəyi nəticəsində karateylə məşğul olmağa başladım. Arzum gələcəyin bankiri olmaqdır. Mehman müəllimin mənim üzərimdə zəhməti çoxdur. Uğurlarıma görə hər zaman müəllimimə borcluyam. Ətrafımda olan və bütün uşaqlara idmanla məşğul olmağı tövsiyyə edirəm. olmağı arzulayıram, tək istəyim anamı çox sevindirməkdir.” Kiçik yaşda böyük uğurları olan Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq, kiçik yaşda böyük uğurları olan çempionumuza bol-bol uğurlar arzulayırıq. Dünya, arenalarında Azərbaycanın qürurverici bayrağını dalğalandırıb, milli himnini səsləndirsin.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

Anamı həmişə sevindirmək istəyirəm.
Anamı həmişə sevindirmək istəyirəm.
Anamı həmişə sevindirmək istəyirəm.