RƏQİBİMDƏN QORXMURAM

Əli Məmmədli bu günə qədər yarışlarda apardığı mübarizələrdə 5 qızıl, 3 gümüş, 3 bürünc medal qazanıb.

Gənclərimiz, yeniyetmələrimiz nə qədər idmanla məşğul olsalar o qədər güclü və sağlam olacaqlar.
“Balaça çempionlar” lahiyəmizin bu dəfəki çempion qonağı Binəqədi rayonu idman kompleksində fəaliyyət göstərən “SURİ” şotakan karate-do idman klubunun çempion şagirdi 9 yaşlı Əli Məmmədli oldu.
Balaca karateçi cempionumuzu tanıyaq:

Əli Əfsun oğlu Məmmədli 14 iyun 2011-ci ildə musiqiçi ailəsində dünyaya gəlmişdir. 2017-ci ildə Mehman Əlirzayevin rəhbərliyi altında karate-do idman növündə məşqlərə başlayır və az bir zaman bir-birinin ardınca yarışlarda uğurlar qazanır. Bu günə qədər döyüşdüyü yarışlardan 5 qızıl, 3 gümüş, 3 bürünc medal qazanıb, qəhvəyi kəmər sahibidir. 2017-ci ildə Bakı şəhəri 100 saylı tam orta məktəbin birinci sinifinə qəbul olmuşdur. Hal-hazırda Mikayılova Günəş müəllimənin 3 C sinifində təhsil alır, dərs əlaçısıdır. Ailədə 2 uşaqdılar: Fatimə, Əli.
Əli Məmmədli deyir ki, “Mən heç zaman rəqimindən qorxmamışam. Yarışda tatamiyə çıxanda bir fikir keçirirəm rəqibimindən qorxmuram və mən bu yarışı udacam.”
Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq, kiçik çempion Əli Məmmədliyə bol-bol uğurlar arzulayırıq. Dünya, Avropa və Olimpia arenalarında Azərbaycanın qürurverici bayrağını dalğalandırıb, milli himnini səsləndirsin.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

RƏQİBİMDƏN QORXMURAM
RƏQİBİMDƏN QORXMURAM
RƏQİBİMDƏN QORXMURAM
RƏQİBİMDƏN QORXMURAM