11 yarış- 10 qızıl, 1 gümüş medal- FOTO\VİDEO

Kiçik karateçi çempion Muhəmmədəli Abbaszadə.

“Balaça çempionlar” lahiyəmizin bu dəfəki çempion qonağı Binəqədi rayonu idman kompleksində fəaliyyət göstərən “SURİ” şotakan karate-do idman klubunun çempion şagirdi 6 yaşlı Muhəmmədəli Abbaszadə oldu. Muhəmmədəli Abbaszadə tanıyaq.
11 iyun 2013-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 2019-cı ildə Bakı şəhər 182 saylı tam orta məktəbin birinci sinifinə daxil olur. Hal-hazırda Mehriban Məmmədkərimovanın 1D sinifində təhsil alır. Ailədə 2 uşaqdılar Gülay və Muhəmmədəli.
İdmanda qazandığı uğurları qədərdə məktəb dərslərindədə kifayət qədər uğurları var.
2017- ci ilin dekabr ayından “SURİ” Şotakan karate klubunda Mehman Əlirzayevin rəhbərliyi ilə məşqlərə başlayır. Bir necə ay sonra klublar arası yarışda 1-ci yerin sahibi olur. Beynəlxalq yarışların qalibi, 2 dəfə Sumqayıt, 2 dəfə Bakı çempionu, beynəlxalq sertikatın və qəhvəyi kəmərin sahibidir. Bu günə qədər 11 yarışdan 10 qızıl, 1 gümüş medal qazanıb.
Muhəmmədəli Abbaszadənin idman uğurları:

2017-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş Beynəlxalq Şotokan Karate-Do üzrə Sumqayıt şəhər filialının V açıq çempionatında kata üzrə 1-ci yer,
2018-ci ildə “Arpacay” karate klubunun 9 noyabr “Bayraq günü”nə həsr olunmuş klublararası yarışda 1-ci yer, 15 iyun- Milli Qurtuluş gününə həsr olunmuş Beynəlxalq Şotokan Karate-Do üzrə Sumqayıt şəhər filialının I açıq çempionatında 1-ci yer, Milli Karate Federasiyasənın Sumqayıt şəhər şöbəsinin açıq çempionatı 1-ci yer, “Suri” klubunun Şotokan Karate-Do üzrə Sumqayıt şəhər filialının III açıq çempionatında 1-ci yer,
2019-cı ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş “Suri” klubunun Şotakan Karate-Do üzrə filialın IV açıq çempionatında kumte üzrə I yer, şəhid Emin Bağırovun xatirəsinə həsr olunmuş Binəqədi rayonunun Karate-Do üzrə “Suri” klubunun I açıq çempionatında 1-ci yer, 26 iyun- Silahlı Qüvvələr gününə həsr olunmuş Beynəlxalq Şotokan Karate-Do üzrə Sumqayıt şəhər filialının III açıq çempionatında 2-ci yer, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adına uşaqlararası beynəlxalq karate turnirdə sertifikat qazanmışdır.
Bu gün 6 yaşlı idmançımızın böyük nəticələri var. Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq, kiçik çempion Muhəmmədəli Abbaszadə bol-bol uğurlar arzulayırıq. İnşallah Muhəmmədəli Dünya, Avropa və Olimpia arenalarında Azərbaycanın qürurverici bayrağını dalğalandırıb, milli himnini səsləndirsin.

Sizə kiçik çempion Muhəmmədəli Abbaszadənin yarışından hazırladığımız video carxı təqdim edirik.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”

11 yarış- 10 qızıl, 1 gümüş medal- FOTOVİDEO
11 yarış- 10 qızıl, 1 gümüş medal- FOTOVİDEO
11 yarış- 10 qızıl, 1 gümüş medal- FOTOVİDEO
11 yarış- 10 qızıl, 1 gümüş medal- FOTOVİDEO
11 yarış- 10 qızıl, 1 gümüş medal- FOTOVİDEO
11 yarış- 10 qızıl, 1 gümüş medal- FOTOVİDEO
11 yarış- 10 qızıl, 1 gümüş medal- FOTOVİDEO