“XOCALI KUBOKU” 3

"Ağ Canavar" kikboksinq idman klubunun növbəti uğurları.

İctimaixeber.com xəbər verir ki, 26.01.2020-ci il tarixində kikboksinq üzrə ənənəvi “Xocalı kuboku” turniri keçirildi. “Xocalıya ədalət!” devizi altında təşkil olunan turnirdə dəfələrlə Avropa və dünya çempionu Eduard Məmmədovun rəhbərlik etdiyi "Ağ Canavar" kikboksinq idman klubunun idmançıları yüksək nəticələr göstərmişdir. "Ağ Canavar" kikboksinq idman klubunun idmançıları bu turnirdə 8 qızıl medal, 5 gümüş medal, 3 bürünc medal qazandılar.
Bizdə “Ağ canavar” kikboksinq idman klubunun rəhbəri Azərbaycan Respublikasının Əməkdar İdman ustası, dəfələrlə Avropa və dünya çempionu “Ağ canavar” ləqəbli Eduard Məmmədovu və onun qalıb idmançılarını təbrik edirik və onlara bol-bol qalibiyyət arzu edirik!

Yeganə Telmanqızı
“İctimaixeber.com”